Valyuta.com

Azərbaycanlı cərrahın əməliyyatı təlim videosu kimi yayımlanacaq

Fransada laparoskopik təlim mərkəzi olan IRCAD hər il minlərlə cərraha WeBSurg virtual universitet vasitəsilə cərrahi təhsil almağa imkan verir. Həmin tədris prosesində beynəlxalq standartlara uyğun olan əməliyyat videoları istifadə olunur. Respublika Müalicə Diaqnostika Mərkəzinin həkim-cərrahı İlqar İsmayılovun düz bağırsaq xərçəngi üzərində icra etdiyi laparoskopik əməliyyat təlim videosu kimi dünyanın 400 mindən çox cərrahına tədris olunacaq. Mərkəzin mətbuat xidmətindən verilən məlumata

30-11-2019, 12:27

Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər

Həkimləri Təkmilləşdirmə İnstitutunda bu mövzuda seminar keçirilib Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Gigiyena kafedrası Davamlı Tibbi Təhsil Proqramına uyğun olaraq Bakı şəhəri və regionların həkim-gigiyenaçılarının iştirakı ilə “Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” mövzusunda seminar keçirib. Təlimin əsas məqsədi məktəbdə idman zalının ölçüləri, hava-istilik rejimi, mikroiqlim, havalandırma, işıqlandırma məsələlərini və bədən

30-11-2019, 12:19

Mərmərə Universiteti ilə ADHTİ arasında ailə həkimliyi üzrə əməkdaşlıq genişləndiriləcək

Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetinin Ailə həkimliyi kafedrasının Azərbaycanda səfərdə olan nümayəndələri professorlar Arzu Uzuner və Mehmet Akman Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rəhbərliyi ilə görüşüblər. Görüşdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov ailə həkimi təsisatının səhiyyə sistemində rolunun artması, pasiyent yönümlü yanaşmanın tətbiqi, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq

30-11-2019, 12:00

Respublika Müalicə Diaqnostika Mərkəzində beynəlxalq ginekoloji konfrans

Respublika Müalicə Diaqnostika Mərkəzində “Ginekologiyada təkmilləşmiş endoskopik cərrahiyyə: effektiv olmağın və fəsadların qarşısını almağın yolları” mövzusunda beynəlxalq tibbi konfrans keçirilib. İki günlük tədbirdə xarici ölkələrdən dəvət olunmuş professorlar Revaz Botçorişvili və Laura Kapuşeva müxtəlif mövzularda mühazirələr oxuyub, müxtəlif növ laparoskopik və histeroskopik əməliyyatlar həyata keçiriblər. Konfransın ilk günü sırf nəzəri mövzulara həsr olunub. Növbəti gündə üç

30-11-2019, 11:32

ATU Təbriz Tibb Universiteti ilə əlaqələri genişləndirir

Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru Rauf Bəylərov İrana səfəri zamanı Təbriz Tibb Universitetində olub, orada təhsil-tədris prosesi, tələbələr üçün yaradılan şəraitlə tanış olub. Prorektor Təbriz Tibb Universitetinin rəhbərliyi ilə də görüşüb. Qeyd olunub ki, Təbriz Tibb Universitetində dünyanın 10-dan çox ölkəsindən, o cümlədən Azərbaycandan tələbələr təhsil alırlar. Bildirilib ki, Təbriz Tibb Universiteti ATU ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsində çox

30-11-2019, 11:17

AEM idxalçılara şprislərə dair standart barədə məlumat verib

Standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə bu il sentyabrın 27-də Standartlaşdırma İnstitutu tərəfindən inyeksiya üçün birdəfəlik steril şprislərə dair beynəlxalq standart əsasında işlənib hazırlanmış dövlət standartı qəbul edilib və noyabrın 1-dən qüvvəyə minib. Bununla

30-11-2019, 10:07

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər əhalisinə tibbi yardım göstəriblər

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçiriblər. Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrah, kardiocərrah, damar cərrahı, cərrah-endokrinoloq, proktoloq, kardioloq, qastroenteroloq, endoskopist və şüa diaqnostika ixtisasları üzrə mütəxəssisləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında əhaliyə konsultativ tibbi yardım göstəriblər. Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin

1-11-2019, 09:45

Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans

Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycanlı mütəxəssislərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, Dünya Psixi Sağlamlıq Gününün keçirilməsi psixi sağlamlıq problemləri və profilaktika üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına

31-10-2019, 10:23

Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres

Azərbaycan paytaxtında Neonatologiya üzrə II Bakı Beynəlxalq Konqresi keçirilib. Tədbirdə Azərbaycan həkimləri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxıstan, İran, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrin aparıcı alimləri və mütəxəssisləri olmaqla, ümumilikdə 200 nəfər iştirak edib. Toplantının açılışında Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin

31-10-2019, 10:21

I Cərrahi xəstəliklər kafedrasının 100 illiyi

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahiyyə kafedrasında 61 fəlsəfə doktoru, 19 elmlər doktoru çalışıb. Kafedra əməkdaşlarının 73 dərsliyi, 101 kitabı, 700-dən çox məqaləsi işıq üzü görüb. Hazırda burada 10 elmlər, 7 fəlsəfə doktoru çalışır, endoskopik, metabolik, bariatrik, koloproktoloji, kardiovaskulyar cərrahiyyə, orqan və kök hüceyrə transplantologiya əməliyyatları uğurla aparılır. Bu barədə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunan elmi toplantıda məlumat

31-10-2019, 10:18


]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova