Valyuta.com

ÜST tüstüsüz mühit yaratmağa çağırır

Siqaret çəkilməyən zonaların yaradılmasını nəzərdə tutan qanunlar əhalini tütün tüstüsünün təsirindən qorumağın yeganə səmərəli üsuludur. Təkrar tütün tüstüsünün səviyyəsi hətta aşağı olduqda belə, onun təsiri ətrafdakılar üçün təhlükəsiz deyil. BMT-nin yaydığı xəbər bülletenində bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün Avropa dövlətlərini tüstüsüz mühit yaratmaq siyasətini rəhbər tutmağa və bununla da regionun tütündən azad zonaya çevrilməsini hədəf götürən Aşqabad Bəyannaməsini

30-01-2016, 14:42

Yeni diridoğulma meyarlarının tətbiqi nə verir?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda diridoğulma üzrə yeni meyarların tətbiqinin nəticələrinə dair brifinq keçirilib. Tədbirdə İSİM layihələrinin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə qeyd edib ki, 2015-ci il yanvarın 1-dən etibarən ölkəmizdə yeni diridoğulma meyarları tətbiq edilməyə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq diridoğulma meyarlarına dair tövsiyələrinə uyğun olaraq qəbul edilmiş qaydalar Azərbaycanda

30-01-2016, 14:39

Kəngərlidə feldşer-mama məntəqəsi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Yurdçu kəndində həyata keçirilmiş quruculuq işləri ilə tanış olub. Ali Məclisin Sədri bu işlərin tərkib hissəsi olaraq istifadəyə verilən Yurdçu Kənd Mərkəzinin də açılışında iştirak edib. Mərkəzdə Yurdçu kənd feldşer-mama məntəqəsi üçün də 3 otaq ayrılıb. Məntəqə lazımi dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunub. Məntəqə müdiri Gülnar Abbasova məlumat verib ki,

30-01-2016, 14:37

Antenatal və doğuşayardım xidmətinin keyfiyyəti müzakirə olundu

Bakı şəhər Baş Səhiyyə İdarəsində (BBSİ) paytaxtın doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsinə dair toplantı keçirilib. Tədbirdə BBSİ-nin rəisi Elmira Əliyeva və rəis müavini Məmməd Cəfərov, Səhiyyə Nazirliyinin anesteziologiya-reanimatologiya üzrə baş mütəxəssisi Aydın Qədirov və başqaları bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər. Səhiyyə

30-01-2016, 14:35

Səhiyyə naziri təbrik edir

Əziz həmkarlar! Siz çox çətin, məsuliyyətli, lakin çox vacib və gərəkli bir peşə seçmisiniz. İnsanlar öz ağrı və iztirabları ilə sizin yanınıza gəlir, ən dəyərli nemət olan sağlamlıqlarını və həyatlarını sizə etibar edirlər. Həkimlik adi peşə deyil, o, insandan həm də xüsusi düşüncə tərzi və incə ruh tələb edir. Nə yeni texnologiyalar və müasir müalicə metodları, nə bilik, təcrübə və hətta Hippokrat andına sadiqlik həkimin səbrini, həssaslığını, mərhəmətini və qayğısını əvəz edə bilməz. Xəstə

30-12-2015, 19:30

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyi qeyd olundu

Dekabrın 21-də həkimlərin və əczaçıların müasir elmi-texniki tərəqqiyə uyğun səviyyədə ixtisaslarının artırılmasını və kadrların yenidən hazırlanmasını təmin edən təhsil müəssisəsinin – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 80 illik yubileyinə həsr edilmiş konfrans keçirildi. Tədbirin açılışından öncə İnstitut rəhbərliyi və yubiley tədbirində iştirak edən qonaqlar Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq, akademik

30-12-2015, 19:20

Milli Məclisin Səhiyyə komitəsinin tərkibi seçildi

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin komitələri, onların rəhbərləri və üzvləri müəyyənləşib. Qeyd edək ki, Milli Məclisin budəfəki tərkibində komitələrin sayı artırılıb. Belə ki, Sosial siyasət komitəsinin əvəzində bundan sonra Əmək və sosial siyasət komitəsi və Səhiyyə komitəsi fəaliyyət göstərəcək. Millət vəkilləri komitələrin rəhbərliyini və üzvlərini də seçiblər. Milli Məclisin Sədri Oqtay Əsədovun imzaladığı Qərarlarda bildirilir ki, Əhliman Tapdıq oğlu Əmiraslanov

30-12-2015, 19:03

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul etdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbul günləri çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında bu rayonun, həmçinin Saatlı, Sabirabad, Beyləqan, Ağcəbədi rayonlarının sakinləri ilə görüşüb. Nazir ümumilikdə 56 vətəndaşı qəbul edib, onların müxtəlif məsələlərlə, o cümlədən sağlamlıq problemləri, işlə təminat və sairlə bağlı müraciətlərini dinləyib. Qəbulda vətəndaşların qaldırdığı məsələlər Nazirliyin

30-12-2015, 18:53

Azərbaycan və ABŞ onkoloji mərkəzlərinin əməkdaşlığı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə bağlanıb. Sənədi Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar. Məlumat verilib ki, ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları bu ilin mart ayında Bakıda Milli Onkologiya Mərkəzi ilə birgə konfrans təşkil ediblər. Bu tədbir zamanı qonaqlar MOM-un kliniki fəaliyyəti

30-11-2015, 11:44

Təbabətin aktual problemləri müzakirə olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Təbabətin aktual problemləri – 2015” mövzusunda elmi-praktiki konfrans keçirilib. Toplantıda akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin inkişafı üçün hər cür şərait yaradıldığını, bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edib. ATU əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlər, universitetin malik olduğu modern tibbi avadanlıq haqqında məlumat verən akademik buradakı elektron

30-11-2015, 11:42


]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova