Valyuta.com

Səhiyyə naziri ölkəmizin ilk həkim-rezidentlərinə diplomları təqdim etdi

Məlum olduğu kimi, 2011-ci ildən ölkəmizdə həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsilinin tətbiqinə başlanıb. Artıq 94 nəfər həkim-rezident ilk buraxılışın məzunu olub. Bu günlərdə Səhiyyə Nazirliyində məzunlardan bir qrupuna diplomların təqdimetmə mərasimi keçirildi. Toplantıda səhiyyə naziri Oqtay Şirəliyev gənc mütəxəssislərə şərəfli, məsuliyyətli işlərində uğurlar arzulayaraq qeyd etdi ki, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rezidentura

6-02-2015, 12:45

Səhiyyə nazirinin müavini türkiyəli həmkarı ilə görüşdü

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Bakıda səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı (müavini) professor Eyüp Gümüşlə görüşüb. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində keçirilən VI Uroonkologiya Qış Konqresi çərçivəsində ölkəmizə səfərə gələn professor Eyüp Gümüşlə görüşdə Azərbaycan və Türkiyə səhiyyə nazirliklərinin rəsmiləri iki dövlət arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin

6-02-2015, 12:42

Elektron Səhiyyə Xidməti Mərkəzindən bir ayda 1984 nəfər yararlanıb

“Tibb qəzeti”nin ötən sayında Səhiyyə Nazirliyində elektron xidmətlər göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi, ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) Xidməti Mərkəzinin açılması barədə ətraflı məlumat vermişdik. Bir aylıq fəaliyyəti müddətində ES Xidməti Mərkəzindən nə qədər insan yararlanıb? Burada nə kimi problemlər həll edilib? Bu suallarla Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri Anar İsrafilova müraciət etdik. Müsahibimiz bildirdi ki, fəaliyyət

6-02-2015, 12:34

Şəfalı əllər möcüzələr yaradır

Azərbaycan həkimləri yeniyetməyə eyni vaxtda həm açıq ürək əməliyyatı, həm də böyrək transplantasiyası ediblər “Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verən, dəfələrlə ilklərə imza atan Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq vətəndaşlarımızın öz xəstəliklərinin çarəsini digər ölkələrin klinikalarında axtarmasına ehtiyac yoxdur. İndi öz Vətənimizdə - Bakıda, bizim xəstəxanada da keyfiyyətli tibbi yardım almaq, çox mürəkkəb əməliyyatlar

6-02-2015, 12:19

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir. Səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Saatlı Mərkəzi Rayon Xəstəxanasında həm bu rayonun, həm də İmişli, Beyləqan, Fizuli rayonlarının müraciət etmiş sakinləri ilə görüşüb. Qəbula gələn, şikayət, təklif və fikirlərini nazirə bildirən 40-a yaxın şəxsin müraciətində

6-02-2015, 12:18

Milli Onkologiya Mərkəzinə beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. Bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verildi. İmzalanma mərasimində çıxış edən şirkətinin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir

28-01-2015, 14:19

Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim etdi

Səhiyyə və tibb elmi sahəsində 2011-ci ildən tətbiq olunan rezidentura mərhələsinin ilk məzunları Səhiyyə Nazirliyində bir araya gəldilər. Belə ki, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edərək, onlara ilk rezident diplomlarını gül dəstələri ilə yanaşı şəxsən təqdim etdi. Təqdimetməyə qısa çıxışla başlayan nazir, onlara bu şərəfli və məsuliyyətli işdə uğurlar arzuladı. O. Şirəliyev qeyd etdi ki, Azərbaycanda 2011-ci

28-01-2015, 14:17

Elektron Səhiyyə Xidməti Mərkəzinin açılışı oldu

Vətəndaşların əziyyətinə və vaxt itkisinə son qoyan bu qurum həm də şəffaflığı təmin edəcək Səhiyyə Nazirliyində elektron xidmətlər göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 29-da ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) Xidməti Mərkəzi açılıb. Bir növ Səhiyyə Nazirliyinin “Asan Xidmət”i funksiyasını yerinə yetirəcək bu Mərkəz vətəndaşlara göstərilən xidmətin ващид форматда, çevik, шяффаф вя етик гайдалара уйьун щяйата кечирилмясини тямин етмяк

22-01-2015, 20:54

Bir əsrdən 9 gün az ömür

Əminə xanım Nuriyevanın əziz xatirəsinə Yanvar ayının 6-da illərlə çiyin-çiyinə işlədiyim Əminə xanım Nuriyevanın dünyasını dəyişməsi barədə xəbər onu tanıyanların hamısı kimi, məni də həddən artıq kədərləndirdi. İşlədiyim V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivi də bu xəbəri böyük ürək ağrısı ilə qarşıladı. Əminə xanım uzun müddət institutumuzda işləmişdi, kollektivimizin böyük hörmətini qazanmışdı. Azərbaycan Tibb İnstitutunu bitirən və sonralar tibb

13-01-2015, 17:34

Dünyada ilk dəfə Azərbaycanda

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında azərbaycanlı həkimlər dünyada ilk dəfə icra edilən nadir əməliyyat həyata keçiriblər. Bu barədə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzinin rəisi, ürək-damar cərrahı, uzman həkim Anar Əmrah keçirdiyi mətbuat konfransında məlumat verib. A.Əmrah bildirib ki, noyabr ayında kəskin miokard infarktı ilə onlara müraciət etmiş 51 yaşlı Şahin Qurbanovda təcili angioqrafiya nəticəsində ektazik, yəni genişlənmiş tac ana damarın tamamən trombla tutulması

6-01-2015, 20:55


May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova