Valyuta.com

Səhiyyə Nazirliyi könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib. Aksiyalar Bakı ilə yanaşı, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində də təşkil olunub. Paytaxt və regionlarda keçirilən aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib. Nəticədə, 14 608 litr qan tədarük olunub. Həyata

31-08-2016, 11:36

Qubada regional perinatoloji konfrans keçirildi

Respublika Perinatal Mərkəzi Qubada bu sahədə ilk regional konfrans təşkil edib. Mamalığın, perinatologiya və neonatologiyanın aktual məsələlərinə həsr olunmuş konfransda Şimal bölgəsi üzrə müvafiq tibb müəssisələrinin – Quba Rayon Perinatal Mərkəzinin, Şabran, Xaçmaz, Siyəzən və Xudat rayon xəstəxanalarının doğum şöbələrindən 21 həkim ginekoloq, 30 həkim neonatoloq və neonatal tibb bacıları iştirak ediblər. İki bölmədə keçirilmiş konfransda antenatal və doğuşayardım tibb xidmətinin

31-08-2016, 11:34

Hamilələr protokol əsasında müayinə və müalicə olunurlar

Qadın məsləhətxanalarında hamilələrin müayinə və müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Antenatal xidmət üzrə protokol əsasında həyata keçirilir. Bu məqsədlə həmin səhiyyə ocaqlarında zəruri şərait yaradılıb. Protokola uyğun olaraq, hamiləliyin hər bir dövrünə ciddi şəkildə nəzarət edilir. Hər hansı genital və ya ekstragenital patoloji hal baş verərsə, hamilə qadın dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə, hospitalizasiya olunur. Bu barədə ölkəmizdə

31-08-2016, 11:30

Reproduktiv Sağlamlıq Strategiyası müzakirə olunub

Azərbaycanda reproduktiv sağlamlığa dair yeni Milli Strategiyanın hazırlanması üzrə milli işçi qrupun görüşü keçirilib. Toplantıda yerli mütəxəssislərlə yanaşı, Litvadan dəvət olunmuş beynəlxalq ekspertlər – Ümumdünya Səhiyyə Təşkilatının Cinsi və reproduktiv sağlamlıq üzrə proqram meneceri Gunta Lazdane və Litva Sağlamlıq Elmləri Universitetinin Mamalıq və ginekologiya şöbəsinin müdiri Ruta Nadişauskiene, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi, BMT-nin Əhali Fondunun

31-08-2016, 11:25

Narkomanlığa qarşı mübarizəyə dair Tədbirlər Planının icrası davam edir

2016-cı ilin ilk 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində bütün növ sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11 715 nəfər keçib. Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin Respublika Narkoloji Mərkəzinin (RNM) 2016-cı ilin birinci yarımilliyində fəaliyyətinə dair məlumatında bildirilir. Həmçinin qeyd edilir ki, həmin

31-08-2016, 11:12

“Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu”

Bakıda bu mövzuda konfrans oldu Hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir. Bu barədə Bakının Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilmiş “Donorluq mədəniyyətinin inkişafında gənclərin və

31-08-2016, 11:08

Respublika Narkoloji Mərkəzinin 30 illiyi qeyd olunub

Respublika Narkoloji Mərkəzinin yaradılmasının 30 illiyi münasibətilə bu tibb müəssisəsində tədbir keçirilib. Toplantıda qeyd olunub ki, 30 il əvvəl – 1986-cı ildə Respublika Narkoloji Dispanseri kimi fəaliyyətə başlayan səhiyyə ocağı əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli əmri ilə təsdiq edilmiş əsasnaməyə görə, bu qurum Respublika Narkoloji Mərkəzi

31-08-2016, 11:00

Bölgələrə media-turlar keçirilir

Jurnalistlərin regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti və fəaliyyəti barədə informasiya alması və real vəziyyətlə bağlı əhalini məlumatlandırması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müxtəlif bölgələrə press-turların təşkili davam etdirilir. Belə turlardan birində kütləvi informasiya vasitələrinin nümayəndələri Xızı Rayon Mərkəzi Xəstəxanasında, Quba Diaqnostika Mərkəzində və Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar. İnformasiya turu çərçivəsində

31-08-2016, 10:57

“ASAN xidmət”də asan “check-up”

Cəmi 6 dəqiqəyə 27 sağlamlıq parametri üzrə məlumat almaq olar Pasiyentlərin sağlamlığına daim xüsusi diqqətlə yanaşan Respublika Diaqnostika Mərkəzi (RDM) yeni “check-up” müayinələri layihəsinə başlayacaq. Müayinəni hər kəs üçün daha rahat və əlçatan etmək üçün “check-up” xidməti “ASAN xidmət” mərkəzlərində təşkil olunacaq. Bu haqda bizə RDM-in PR və marketinq mütəxəssisi Səadət Hənifəyeva məlumat verdi. Müsahibimiz bildirdi ki, müayinələri Azərbaycan Respublikasının Prezidenti yanında

31-08-2016, 10:44

Respublika Diaqnostika Mərkəzində daha bir uğurlu əməliyyat

Respublika Diaqnostika Mərkəzində (RDM) daha bir uğurlu cərrahiyyə əməliyyatı keçirilib. Mərkəzdən verilən məlumata görə, uzun müddət hər gün qıcolması olan, bütün müalicələrə baxmayaraq qıcolmaları daha da artan. 7 yaşlı uşağın baş beynində törəmə aşkarlanıb. RDM-in həkim-neyrocərrahı Azər Əkbərov tərəfindən həyata keçirilən və 4 saat sürən əməliyyat nəticəsində törəmə xaric edilib. Əməliyyatdan sonra qıcolmalar tam keçib. Xəstə beş gün sonra tam sağlam vəziyyətdə evinə göndərilib.

31-07-2016, 14:59


]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova