Valyuta.com

21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi

Sentyabrın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində “BIHE 2015” 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək. Artıq 21 ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimləri arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. Bununla yanaşı, “BIHE” sərgisi Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir. Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi Azərbaycan

31-08-2015, 14:37

İSİM tütün əleyhinə videoçarx hazırlayıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyə məsələlərinə aid sosial videoçarxların yerli şəraitə uyğunlaşdırılması üzrə daha bir layihəni yekunlaşdırıb. Avstraliyanın Onkoloji Xəstəliklər İnstitutunun “Sponge” tütünlə mübarizə kampaniyasının videoçarxı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanıb. Beynəlxalq aləmdə böyük maraq doğuran və bir çox dillərdə səsləndirilən videoçarxda gündə bir qutu siqaret çəkən insanın ağciyərlərinə il

31-08-2015, 14:35

Səhiyyə Nazirliyi tabeliyindəki idarə və müəssisələrə tapşırıqlar verdi

Səhiyyə Nazirliyində Bakı şəhərində fəaliyyət göstərən və Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələri rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Toplantı iştirakçılarına məlumat verilib ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və orada “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında”

31-08-2015, 13:16

Qanvermə aksiyaları keçirilir

Səhiyyə Nazirliyi qan xəstəliklərindən əziyyət çəkənlərin və qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir. Avqust ayı ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar və Astarada belə aksiyalar keçirilib. Aksiyalarda cəmi 360 nəfər iştirak edib, o cümlədən, Şabran rayonunda 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib. Ümumilikdə, bu ilin iyun – avqust ayları

31-08-2015, 13:12

Aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının qərarlarına əsasən sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə başlayıb. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Bildirişlərdə aptek rəhbərlərinə Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin,

31-08-2015, 12:57

Qida zəhərlənmələri 36 faiz azalıb

Azərbaycanda qida zəhərlənmələrinin sayında əhəmiyyətli azalma var. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 hadisə baş vermişdi. Beləliklə, bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, qida zəhərlənməsi hadisələrindən

30-07-2015, 12:51

Həkimlər Mərkəzi Elmi Kitabxanada humanitar aksiyalar keçirdilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) maarifləndirmə və müayinə aksiyası təşkil olunub. MOM Qlaukoma şöbəsinin əməkdaşı, həkim Mətanət Əfəndiyeva kitabxanaçılar qarşısında “Göz xəstəliklərinin profilaktikası” mövzusunda məruzə ilə çıxış edib, belə patologiyaların inkişafına yol açan amillərdən və onlardan qorunma yollarından danışıb. Sonra M.Əfəndiyeva dinləyicilərin suallarını

30-07-2015, 12:44

ÜST psixi sağlamlığa diqqəti artırmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətlərə xatırladır ki, psixi sağlamlığın qorunması üzrə xidmətlər ixtisaslı və hamı üçün əlçatan, müalicə isə təhlükəsiz və effektiv olmalıdır. ÜST-nin yeni məruzəsində əhalinin bu sahədə xidmətlərdən istifadə imkanı baxımından bərabərsizliyin artmasına diqqət cəlb olunur. Qeyd edilir ki, dünyada hər on nəfərdən biri hansısa psixi pozuntudan əziyyət çəksə də, səhiyyə sektoru resurslarının yalnız 1%-i psixi sağlamlığa yönəldilir. Zəngin ölkələrdə hər 2

30-07-2015, 12:40

Dondurma və sərinləşdiriçi içkilərə nəzarət gücləndirilib

Mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə tələbatı artır. İstehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə, həmçinin saxlanma temperaturuna və yararlılıq müddətinə əməl olunduqda, bu içkilər insan üçün təhlükə riski daşımır. Lakin bu məhsullar birbaşa günəş şüası altında qalanda və ya onları isti havada uzun müddət saxladıqda, keyfiyyəti korlana bilər. Bu halda isə onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Eyni sözləri əriyib yenidən dondurulmuş, istifadə müddəti

30-07-2015, 12:38

ÜST: Uşaqların immunizasiyası sahəsində uğurlar var

2014-cü ildə uşaqların həyat əhəmiyyətli vaksinasiya ilə təmin olunmasını 90 faizə çatdıran ölkələrin sayı 2000-ci illə müqayisədə iki dəfə artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq Fondunun (UNICEF) immunizasiya ilə əhatə olunmaya dair açıqladığı yeni məruzədə qürurla bəyan olunub. Məlumatda bildirilir ki, ötən il daha 6 ölkə uşaqların 90 faizdən çoxunu difteriya, tetanus və göyöskürəyə qarşı (ADTG) üç doza vaksinlə təmin edən dövlətlərin siyahısına daxil edilib və

30-07-2015, 12:33


Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova