Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülür Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ardıcıl zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları ilə aparılan bu savaşda əsgərlərimizə yardımçı olur, tam qələbə yolunda əlindən gələni etməyə çalışır. Səhiyyə Nazirliyinin kollektivi bu işdə ön sıralardadır. Nazirliyin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna
Son günlər koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, Səhiyyə Nazirliyinin idarəçiliyində olan Bakı şəhəri poliklinikaları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlara həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək COVID-19-la bağlı xidmətlər göstəriləcək. Buraya evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.
Yaponiya və Azərbaycan arasında Yaponiya hökuməti tərəfindən Azərbaycana qrant ayrılması barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib. “Yaponiya hökumətinin iqtisadi və sosial inkişaf proqramı” çərçivəsində səhiyyə müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün ayrılan qrant sənədlərini Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
Bu il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə əlaqədar 106 zərərçəkən, o cümlədən 14 uşaq müraciət edib və onların hamısı müalicə olunaraq evə göndərilib. Bu barədə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, şöbəyə ilin əvvəlindən indiyədək sarı əqrəb dişləməsi nəticəsində 16 nəfər, göbələkdən zəhərlənmə ilə əlaqədar 6, dərman zəhərlənməsi ilə əlaqədar 118 nəfər daxil olub. İl ərzində 49 nəfər kəskin allergik reaksiyalarla, 67
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən, sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. Belə ki, Səhiyyə Nazirliyinin
Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün yeni inşa edilmiş bina istifadəyə verilib. Səhiyyə ocağının yeni binasında kənd sakinlərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Sakinlər daim ölkə vətəndaşlarının sağlamlığı qayğısına qalan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibəsində Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib. V.Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun
Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu aparılır. Avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır. Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən həyata keçirilir. Bu məqsədlə lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir və
Oktyabr-noyabr aylarında Azərbaycan Respublikası Milli Məclisinin bir neçə plenar iclası keçirilib. Bunlardan birinci iclasın gündəliyinə 18 məsələ daxil edilib. O cümlədən səhiyyə ilə bağlı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub və qəbul edilib. Milli Məclisin digər plenar iclasında isə gündəlikdəki 8 məsələ müzakirə olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizənin gücləndirilməsi və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr edilmiş geniş müşavirəsi keçirilib. Virtual toplantıda müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub. Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə