Valyuta.com

Bu il 52 ilan sancması faktı qeydə alınıb

Bu ilin əvvəlindən etibarən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması ilə əlaqədar 52, qaraqurd sancması ilə 8, sarı əqrəb dişləməsi nəticəsində isə 14 nəfər müraciət edib. Bu barədə həmin şöbənin müdiri, Səhiyyə Nazirliyinin toksikologiya üzrə baş mütəxəssisi Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, ilin ilk səkkiz ayı ərzində 26 nəfər kəskin allergik reaksiya, 16 nəfər spirtli içki qəbulu nəticəsində zəhərlənmə, 68 nəfər dərman zəhərlənməsi, 6 nəfər isə göbələkdən

31-08-2018, 10:26

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olunub

Hər il olduğu kimi, bu il də ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilib. Kampaniya BMT-nin Uşaq Fondu (UNICEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar “ASAN xidmət” mərkəzlərində əhaliyə paylanılıb. Bu barədə Səhiyyə

31-08-2018, 10:25

Qanvermə aksiyaları davam edir

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə rayon mərkəzi xəstəxanalarında qanvermə aksiyaları həyata keçirir. Bu qəbildən Şamaxıda keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri təmənnasız olaraq iştirak ediblər. Könüllülər əvvəlcə

31-08-2018, 10:11

Beynəlxalq Oftalmologiya Günü

2004-cü ildən etibarən dünyanın bir sıra ölkələrində oftalmoloqlar avqustun 8-də öz peşə bayramlarını – Beynəlxalq Oftalmologiya Gününü və ya Beynəlxalq Oftalmoloq Gününü qeyd edirlər. Həmin günün peşə bayramı olaraq seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Belə bir günün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, dünya oftalmoloqlarına

31-08-2018, 10:09

Yenidoğulmuşlarda xəstəliklərin profilaktikası üçün yeni skrininq layihə hazırlanır

Ölkəmizin pediatriya sistemində müxtəlif infeksion xəstəlikləri qabaqcadan aşkar etməyə və onlara qarşı preventiv tədbirlər görməyə imkan verən layihə üzərində iş gedir. Dövlət vəsaiti hesabına həyata keçiriləcək bu layihə sağlam genefondun yaranmasına, eləcə də uşaqlar arasında yarana biləcək problemlərin qarşısının əvvəlcədən alınmasına xidmət edəcək. Bu barədə Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor

31-08-2018, 10:04

Günvurma ilə əlaqədar 100-ə yaxın çağırış olub

“Yay mövsümü başlayandan indiyədək günvurma ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 60-ı kişi, 32-si qadın, 7-i azyaşlı olmaqla, cəmi 99 nəfər müraciət edib. Onlardan 64 nəfəri stasionar müalicəyə cəlb olunub, 35 nəfərə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin həyati təhlükəsi olmayıb”. Bu haqda bizə Bakı şəhəri TTTYS-nın baş həkimi Rauf Nağıyev məlumat verdi. Müsahibimiz dedi ki, yay fəslində stansiyaya həm günvurma, həm də istivurma ilə

31-07-2018, 12:11

Azərbaycanda İİV infeksiyası məhdud təmərküzləşmiş mərhələdə qalır

Azərbaycan insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqəsi, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Daimi nəzarət və hərtərəfli təminat sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin ilk altı ayı ərzində 306 nəfərin İİV-ə yeni

31-07-2018, 12:09

Yenidoğulmuşlara keyfiyyətli tibbi yardım üzrə təlim

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) yenidoğulmuşların reanimasiyası üzrə təcrübi təlim kursları keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kurs Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış Perinatal yardıma dair təlim proqramı əsasında təşkil olunub. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal reanimasiya” proqramı üzrə kurs keçmiş

31-07-2018, 12:05

Azərbaycan ilə ÜST arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Nazir Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı müsbət qiymətləndirib. O, Tedros Adhanom Gebreyesusun ÜST-nin Baş direktoru vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların

31-07-2018, 12:03

Azərbaycan ÜST ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan Baş direktoru Tedros Adhanom Gebreyesus ilə görüşüb. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti ÜST ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsi üçün konkret praktiki addımların atılmasında maraqlıdır. Azərbaycanın səhiyyə

31-07-2018, 12:02


Sentyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova