Valyuta.com

Talassemiyalı xəstələrin orta statistik ömrü uzanıb

Talassemiyalı xəstələrin orta statistik ömrü uzanıb

Bu ilin aprelinə olan məlumata görə, Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatında 2959 xəstə var. Onlar burada daimi müşahidə olunur, xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir və dərman preparatları ilə təmin olunurlar. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. 2017-ci ilin ilk üç ayı ərzində Mərkəzə müraciət edən 6273 nəfərdən 603-ü ilkin müraciət edənlər olub, onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. Yanvar-mart ayları ərzində 105 xəstə Mərkəzin Hematologiya şöbəsində stasionar müalicə alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, bu məlumatlar Beynəlxalq Talassemiya günü ilə əlaqədar Respublika Talassemiya Mərkəzində jurnalistlər üçün keçirilən mətbuat konfransında səslənib.
Mərkəzin direktoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilmiş, müasir dünya standartlarına cavab verən RTM-də həyata keçirilən tədbirlər, “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”na uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirib ki, bu fəaliyyət talassemiya xəstələrinin problemlərinin birdəfəlik həlli və ya yüngülləşməsinə, eləcə də əhalinin bu sahədə maarifləndirilməsinə yönəldilib. C.Məmmədov həmçinin perinital diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılması haqqında da danışıb.
Mərkəzin direktoru aparılan müayinə və müalicə prosedurlarının təkmilləşdirilməsi nəticəsində talassemiyalı xəstələrin orta statistik ömrünün artaraq 37-42 yaşa çatdığını da qeyd edib.
Mərkəzin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva söyləyib ki, 2014-cü ildən fəaliyyətə başlayan şöbədə indiyədək 51 xəstəyə ilik köçürülüb. O cümlədən, bu il ərzində 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. N.Əliyeva məlumat verib ki, həmin əməliyyatlar yalnız bacı-qardaşlar arasında qan uyğunluğu olan hallarda icra edilir. Qeydiyyatda olan xəstələrin heç də hamısında qan uyğunluğu olmur – indi mərkəzdə qeydiyyatda olanların yalnız 300-400 nəfərində belə uyğunluq var. Həm də xəstələrin bir çoxuna uzun müddət qan köçürülməsi nəticəsində daxili orqanlarda müəyyən problemlər yaranır və onlar bir müddət müalicə olunandan sonra ilik transplantasiyası əməliyyatı aparılıb-aparılmaması barədə qərar verilir. Xəstələrin müayinəsinin, əməliyyatqabağı və əməliyyatsonrası prosedurların hamısının maliyyə vəsaiti dövlət hesabına ödənilir.
Mətbuat konfransında jurnalistlərin nəzərinə çatdırılıb ki, artıq iki ilə yaxındır ki, yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklər nikahdan öncə müayinə olunurlar. Bu, talassemiya daşıyıcılarının aşkarlanmasına imkan verir və bu yolla xəstə körpələrin dünyaya gəlməsinin qarşısı alınır. İndiyə qədər 258,5 min nəfər müayinədən keçib və onların 11 215 nəfərində daşıyıcılıq müəyyən olunub. O cümlədən, 97 cütlükdə hər iki nəfərin talassemiya daşıyıcısı olduğu aşkar edilib və onlara müəyyən məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.
Beynəlxalq Talassemiya günü ilə bağlı 2 nömrəli Bakı Baza Tibb Kollecində də tədbir – “Talassemiyasız həyat” adlı elmi-praktik konfrans keçirilib.
Toplantıda kollecin müəllimi Könül Veysova bu irsi xəstəlik haqqında məruzə edib. O ölkəmizdə talassemiya üzrə qəbul olunmuş dövlət proqramlarının icrası sayəsində belə xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsindən, onların donor qanı ilə təminatından danışıb, xəstəliyin profilaktikası, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi barədə məlumat verib.
Mövzu ilə bağlı slayd şou və video çarxlar nümayiş etdirilib.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova