Valyuta.com

Hüquqi maarifləndirmə treninqləri davam edir

Hüquqi maarifləndirmə treninqləri davam edir

Səhiyyə Nazirliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və vahid metodologiyanın tətbiqi məqsədilə treninqlərin təşkilini davam etdirir.
“Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin Siyəzən və Quba rayonlarında Regional Müalicə Diaqnostika Mərkəzlərində və Bakı şəhərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində keçirdiyi təlimlər haqqında məlumat vermişdik. Bundan sonra həmin treninqlər Qazax, Tovuz, Şəmkir, Kürdəmir və Şamaxı rayonlarında da təşkil olunub. Hər bir təlimə bu rayonlarla yanaşı, ətraf rayonların tibb işçiləri də cəlb edilib.
Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov, “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin nümayəndələri və başqaları müdavimlərə tibb işçilərinin hüquq və vəzifələri, şikayətlərin hüquqi həlli, pasiyent hüquqları barədə mühazirələr oxuyub, şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələrlə çıxış ediblər.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarımbəndi (korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi) çərçivəsində həyata keçirilən treninqlərin digər regionlarda da aparılması nəzərdə tutulub.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova