Valyuta.com

Anadangəlmə ürək qüsurları mövzusunda elmi-praktik konfrans

Anadangəlmə ürək qüsurları mövzusunda elmi-praktik konfrans

Ölkəmizdə səhiyyənin, o cümlədən kardiologiyanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin həmişə diqqət mərkəzində olub. Tibbi kadrların xaricdə təhsilinə, onların peşə hazırlığına böyük qayğı göstərən ulu öndər müasir tələbata cavab verən diaqnostika və müalicə mərkəzlərinin yaradılmasına da çox böyük əhəmiyyət verirdi. Bu mənada, iki ay əvvəl açılışı olan Bakı Ürək Mərkəzinin fəaliyyətini də onun çiçək açan arzularından biri hesab etmək olar. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Mərkəzin açılışında iştirakı və verdikləri xeyir-dua bunu bir daha sübut edir.
Respublika Diaqnostika Mərkəzinin (RDM) nəzdindəki Bakı Ürək Mərkəzinin konfrans salonunda Ürək və Sağlamlıq Assosiasiyası ilə birgə təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş, “Anadangəlmə ürək qüsurlarının bu günü və gələcəyi” mövzusunda elmi-praktik konfransı giriş sözü ilə açan konfransın sədri, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov tədbirin ulu öndərin xatirəsinə həsr olunmağını da bununla əlaqələndirib. Konfransın sədri müzakirə olunan məsələnin aktuallığını diqqətə çatdırıb.
Sonra konfransda anadangəlmə ürək qüsurlarının müalicəsinin aktual məqamlarına həsr olunmuş məruzələr dinlənilib. Fransadan gələn professor Bernard Geeter “Anadangəlmə ürək qüsurlarında təxirəsalınmaz hallar”, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov “Fallo tetradanın total korreksiyası əməliyyatı”, İtaliyanın Milan şəhərindən gəlmiş professor Ermanna Mazza “Pediatrik ürək cərrahi əməliyyatlarından sonra yaradılmış süni hipotermiya”, RDM-in kardioloqu Mədinə Yüzbaşova “Pediatrik cərrahiyyədə erkən postoperativ ağırlaşmaların exokardioqrafik qiymətləndirməsi” mövzularında məruzə ediblər.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova