Valyuta.com

Beynəlxalq Tibb Bacısı günü qeyd olundu

Beynəlxalq Tibb Bacısı günü qeyd olundu

Hər il mayın 12-si dünyada Beynəlxalq Tibb Bacısı günü kimi qeyd edilir. Bu nəcib və humanist peşə sahiblərinə minnətdarlığın ifadəsi olaraq yaranan bu gün Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis qadın Florens Haytingelin ad günündə bayram olunur.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmasında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifələr düşür.
Beynəlxalq Tibb Bacısı günü Azərbaycanda da hər il müxtəlif tədbirlərlə qeyd edilir. Bu il 2 nömrəli Bakı Baza Tibb Kollecində həmin günə həsr olunmuş tədbir keçirilib.
Kollecin direktoru, tibb elmləri namizədi Dilarə Məmmədəliyeva toplantını açaraq, tibb bacısı ixtisasının məsuliyyətli və şərəfli peşə olmasından, vətəndaşların sağlamlığının qorunmasında orta tibb işçilərinin rolundan danışıb.
Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “Tibb bacısı ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Qızıl Aypara cəmiyyətinin Yasamal bölməsinin sədri Şahin Hüseynov çıxış edərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Toplantıda tibb bacısı peşəsinə həsr olunan sənədli film nümayiş olunub.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova