Valyuta.com

Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının IX Konqresi keçirildi

Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının IX Konqresi keçirildi

“Ölkəmiz müstəqillik qazandıqdan sonra, xüsusən son illər səhiyyə sahəsində böyük uğurlar əldə edilib. Bu həm maddi-texniki bazanın gücləndirilməsi, həm də kadrların professionallıq səviyyəsinin artırılması istiqamətində dövlət səviyyəsində görülən işlər nəticəsində mümkün olub. Bu addımlar səhiyyənin digər istiqamətləri kimi, travmatologiya və ortopediya sahəsində də ciddi nailiyyətlərlə nəticələnib”. Bu fikirləri “Travmatologiya və ortopediyada müasir müalicə üsullarının və innovasion texnologiyaların tətbiqi” mövzusunda Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının (AzTOA) IX Beynəlxalq Konqresində Assosiasiyanın prezidenti, professor Yaşar Cəlilov səsləndirdi.
AzTOA-nın üzvlərinin ilbəil artdığını deyən qurum rəhbəri onun Beynəlxalq Ortoped-Travmatoloqlar Assosiasiyasının (SICOT) və Avropa Cərrah-Ortopedlər Assosiasiyasının üzvü olduğunu vurğuladı. Qeyd etdi ki, AzTOA üzvlərinin SICOT-un ənənəvi konqreslərində iştirakı ölkəmizdə ixtisaslaşmış tibbi yardımın keyfiyyətinin artmasına və tibbin inkişafına töhfədir. Y.Cəlilov bildirdi ki, AzTOA-nın nümayəndələri tez-tez regionlara səfər edir, yeni texnologiyalar, elmi yeniliklərlə bağlı xarici ölkələrdə topladıqları təcrübəni travmatoloq və ortopedlərlə paylaşırlar. Həmçinin yüksək səviyyəli mütəxəssislərin ölkəmizə gəlməsi, təcrübə və biliklərini bölüşməsi həkimlərimizin bilik və bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradır. Natiq travmatologiya və ortopediya sahəsində Azərbaycanda önəmli uğurlar əldə edildiyini, tək Bakıda deyil, artıq ölkəmizin digər şəhərlərində də təbabətin son yeniliklərinə əsaslanan əməliyyatların icra edilməyə başlandığını dedi: “Əgər 10 il əvvələ qədər Bakı, Sumqayıt, Gəncədən başqa, Azərbaycanın heç bir bölgəsində əməliyyatlar aparılmırdısa, bütün ağır xəsarətləri olan pasiyentlər Bakıya gətirilirdisə, artıq yerlərdə də vacib və çətin ortopedik əməliyyatlar icra edilir. Yüksək ixtisaslı həkimlərimizin sayı getdikcə artır”.
Azərbaycanda travmatologiya və ortopediyanın nailiyyətlərindən, mövcud problemlərdən və perspektivlərdən danışan Y.Cəlilov həkimlərin bir-biri ilə və xarici həkimlərlə əlaqələri baxımından internetin rolunu, peşə üzrə xarici və yerli səviyyəli konfrans və seminarlarda iştirakın əhəmiyyətini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHTDDŞ) maliyyə yardımı ilə keçirilən Konqresdə Şuranın üzvü Rufiz Qonaqov və icracı direktoru Fərasət Qurbanov da çıxış etdilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradıldığını qeyd edən R.Qonaqov əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunan dövlət proqramlarının rolunu vurğuladı. Son illər ölkəmizdə tibbi kadrların, o cümlədən travmatoloq və ortopedlərin hazırlanmasında ciddi nailiyyətlər əldə edildiyini deyən natiq bildirdi ki, hazırda bu sahədə elə bir problem yoxdur ki, onun aradan qaldırılması üçün Azərbaycandan kənara getmək ehtiyacı yaransın.
2008-ci ildən fəaliyyət göstərən QHTDDŞ-nın minlərlə belə layihələri maliyyələşdirdiyini söyləyən F.Qurbanov bundan sonra da belə əhəmiyyətli tədbirləri dəstəkləməyə hazır olduqlarını dedi, konqresin işinə uğurlar arzuladı.
Tədbirin rəsmi hissəsində iştirakçıların Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları məktub oxundu.
Daha sonra Konqresdə Azərbaycandan, həmçinin Türkiyə, Rusiya və Gürcüstandan mütəxəssislər travmatologiya və ortopediyanın aktual problemləri, travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, təbabətin bu sahəsində innovativ texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya və s.), dayaq-hərəkət sistemi xəstəlikləri zamanı şüa diaqnostikası barədə maraqlı məruzələr etdilər. İkigünlük konqres çərçivəsində “Sirkə kasası sınıqlarının təsnifatı”, “Bud-çanaq oynağının revizion artroplastikasının problemləri”, “Onurğanın bel hissəsinin degenerativ xəstəliklərinin cərrahi müalicəsində nitinol millərinin tətbiqinin uzaq nəticələri” və digər mövzularda məruzələr dinlənildi.
Çıxışlarda qeyd olundu ki, müharibə şəraitində olan ölkəmizdə travmatologiya-ortopediya olduqca vacib rola malikdir. Hazırda travmatoloq-ortopedlərimiz tərəfindən onurğa, ağır sümük-oynaq deformasiyalarının, anadangəlmə, avtoqəzalar və odlu silah nəticəsində yaranan deformasiyaların müalicəsində unikal və ən müasir rekonstruktiv cərrahi əməliyyatlar icra edilir. Artroplastika, onurğa cərrahiyyəsi, İlizarov aparatı ilə icra oluan əməliyyatlarda Azərbaycan həkimləri yüksək peşəkarlığa malikdirlər. O da vurğulandı ki, 2016-cı il aprel döyüşlərində travma alaraq yaralanmış əsgərlərimiz üzərində məhz Azərbaycan travmatoloq-ortopedləri ən müasir nailiyyətlərdən yararlanaraq rekonstruktiv-bərpaedici əməliyyatlar aparıblar.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova