Valyuta.com

Dünyada ilk dəfə Azərbaycanda

Dünyada ilk dəfə Azərbaycanda
Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında azərbaycanlı həkimlər dünyada ilk dəfə icra edilən nadir əməliyyat həyata keçiriblər. Bu barədə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzinin rəisi, ürək-damar cərrahı, uzman həkim Anar Əmrah keçirdiyi mətbuat konfransında məlumat verib.
A.Əmrah bildirib ki, noyabr ayında kəskin miokard infarktı ilə onlara müraciət etmiş 51 yaşlı Şahin Qurbanovda təcili angioqrafiya nəticəsində ektazik, yəni genişlənmiş tac ana damarın tamamən trombla tutulması aşkar edilib. Onun sözlərinə görə, xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik damarların tətbiqinə baxmayaraq, müsbət nəticə əldə olunmayıb: “Xəstənin damarı normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiqi ilə uğurlu nəticə əldə etdik. On iki saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxıldı və tromb ilə tutulmuş damarların tamamilə açıldığı müəyyənləşdirildi”. Cərrah xəstədə klinik olaraq sürətli yaxşılaşma müşahidə edildiyini və onun kafi vəziyyətdə evinə yazıldığını söyləyib.
“Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır”, - deyə vurğulayan Mərkəzin rəisi bu imkanları yaratdığına görə, mütəxəssislər adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və müdafiə nazirinə dərin minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən xəstə Şahin Qurbanov əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini söyləyib, Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, həmçinin uğurlu əməliyyat zamanı və əməliyyat sonrası dövrdə onun sağalması üçün çalışan bütün tibb işçilərinə təşəkkür edib.
Mətbuat konfransında Anar Əmrah həmçinin məlumat verib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində aparılan digər bir əməliyyat da Azərbaycanda ilk dəfə icra olunub: “Aorta qapağının darlığı ilə ürəyinin atım fraksiyası 25 faiz olan 73 yaşlı xəstədə narkoz verilmədən, döş qəfəsi açılmadan, bud arteriyasından girilərək, kateter ilə aorta qapağının yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra həmin xəstənin də vəziyyəti kafidir və o, hospitaldan evə buraxılıb”.
Dünyada ilk dəfə Azərbaycandaшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova