Valyuta.com

“Uşaq ürəkləri Azərbaycanda döyünür”

“Uşaq ürəkləri Azərbaycanda döyünür”
Bu deviz altında Heydər Əliyev Mərkəzində Azərbaycan Beynəlxalq Ürək Qrupunun “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı I Beynəlxalq Konfransı keçirildi

20 Noyabr – Ümumdünya Uşaqlar günü münasibətilə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Beynəlxalq Ürək Qrupunun I Beynəlxalq Konfransına toplaşmışdılar. “Uşaq ürəkləri Azərbaycanda döyünür” devizi altında keçirilən tədbir “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” mövzusuna həsr olunmuşdu. Təşəbbüskarı Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası olan konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq bildirib ki, bu mühüm beynəlxalq tədbir həm alimlərin fikir mübadiləsi baxımından əhəmiyyətlidir, eyni zamanda, uşaq hüquqlarının əsas təməli sayılan sağlamlıq hüququnun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövlətinin və səhiyyəsinin göstərdiyi humanist dəstəyin gözəl nümunəsidir. Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin fəaliyyətindən danışan A.Kərimli Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsini, onların bir çoxuna Heydər Əliyev Mərkəzinin ev sahibliyi etməsini sevindirici hal adlandırıb. Ölkəmizdə səhiyyənin sürətli inkişafını qeyd edən natiq bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, 47 ölkədən dəvət olunmuş 100-dən çox pediatr, kardioloq və ürək-damar cərrahı Azərbaycanda bir araya gələrək, dünya ictimaiyyətinin diqqətini bir daha bu mühüm problemə yönəldəcək. Bu baxımdan konfrans gənc həkimlərin yetişməsində və formalaşmasında mühüm rol oynayacaq.
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev də Beynəlxalq Konfransın azərbaycanlı həkimlər üçün faydalı olacağını qeyd edib, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən bu mühüm səhiyyə tədbirinin həm də qonaqlara Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə tanış olmaq imkanı verəcəyini vurğulayıb. Nazir müavini ölkəmizdə ana və uşaq ölümü göstəricilərinin azaldığını, son 8 ildə 600-dək tibb müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, bu səhiyyə ocaqlarının bir çoxunun məhz uşaqlar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasından danışan E.Ağayev bildirib ki, hər bir uşağın sağlamlığı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. İndiyədək ölkəmizdə 2 milyondan çox uşaq icbari dispanserizasiyadan keçirilib.
Açılışda çıxış edən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov deyib ki, konfransda yerli və xarici mütəxəssislər arasında aparılacaq qlobal elmi-təcrübi fikir mübadiləsi ölkəmizdə anadangəlmə ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin və keyfiyyət sisteminin tətbiqinə təkan verəcək. O, əminliklə bildirib ki, perinatologiya, neonatologiya, reanimatologiya, pediatrik kardiologiya və ürək-damar cərrahiyyəsi sahələri arasındakı inteqrasiya və bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi bu problemin həllində mühüm nailiyyətlərin əldə olunmasına köməklik edəcək: “Bu nailiyyətlər öz növbəsində anadangəlmə ürək xəstəlikləri ilə doğulan körpələrə, uşaqlara və yeniyetmələrə göstərilən peşəkar qayğının daha yüksək səviyyədə həyata keçirilməsinə zəmin yaradır. Konfransın innovativ və zəngin elmi proqramı pediatriya, kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrinin əsas istiqamətlərini əhatə etməklə, anadangəlmə ürək qüsurlarının diaqnostikasında, müalicəsində ən son yenilikləri, tədqiqatlarda elmi və texnoloji nailiyyətləri özündə əks etdirir”.
Açılış mərasimində həmçinin anadangəlmə ürək qüsurları probleminə həsr olunan film nümayiş etdirilib.
Üç gün davam edən Beynəlxalq Konfransda anadangəlmə ürək xəstəlikləri problemləri ilə məşğul olan tanınmış xarici və yerli mütəxəssislərin prenatal diaqnostika, anadangəlmə ürək xəstəliklərində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvənd proqramı, anadangəlmə ürək xəstəliyi olan qadınlarda hamiləlik və kontrasepsiya, dünyada invaziv pediatrik kardiologiyada son yeniliklər, uşaq ürək cərrahiyyəsində son nailiyyətlər və s. mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.
Zəngin elmi proqrama malik tədbir çərçivəsində həmçinin klinik kurslar, o cümlədən Avropa Pediatrik Kardiologiya Cəmiyyəti tərəfindən “Anadangəlmə ürək xəstəlikləri üzrə morfologiya və exokardioqrafiya kursu”, eləcə də canlı cərrahiyyə yayımı və videotəqdimatlar təşkil olunub.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova