Valyuta.com

Dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək

Dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək

Apteklərdə eyni adlı dərmanların fərqli qiymətlərə satılması faktı hər kəsə məlumdur. Onu da bilirik ki, bəzən insanlar dərmanları nisbətən ucuz əldə etmək üçün bir neçə aptekə baş çəkir, qiymətləri müqayisə edir, sonra daha münasib olan yerdən alırlar. Hətta dərman bazarının bu qaydasından narazılıq edənlər də tapılır. Ancaq Azərbaycanda rəsmi qeydiyyata alınmış dərman vasitələrinin qiymətinin dövlət tərəfindən Səhiyyə Nazirliyi vasitəsilə tənzimlənməsi barədə fikirlər yaxın gələcəkdə bu kimi problemlərin birdəfəlik aradan qaldırılacağından xəbər verir.
Belə ki, Milli Məclisin Sosial Siyasət Komitəsinin noyabrın 26-da keçirilmiş iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərin edilməsinə dair qanun layihəsi müzakirə olunub.
Komitənin sədri Hadi Rəcəbli bildirib ki, Qanunda “dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” sırasına yeni 4.1.5-ci – “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi” maddəsi əlavə edilir: “Eyni zamanda, Qanuna yeni 4.6-cı maddənin əlavə edilməsi də təklif olunur ki, burada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.”
H.Rəcəbli qeyd edib ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərin əsas məqsədi dərmanlara fərqli qiymətlərin qoyulmasının, ayrılan vəsaitin səmərəsiz istifadəsinin qarşısını almaqdır. Onun sözlərinə görə, qanun layihəsi vahid qiymət siyasətinin yürüdülməsini, bu işin mərkəzləşdirilmiş formada həyata keçirilməsini nəzərdə tutur: “Artıq müştəri istədiyi dərmanı hər yerdən eyni qiymətə ala biləcək. Yəni orta qiymət çıxarılacaq və bütün apteklərdə tətbiq ediləcək. Əgər bir rayonda dərmanın qiyməti, məsələn, 5 manata, digər rayonda isə 10 manata idisə, bundan sonra bütün rayonlarda qiymətlər eyni olacaq. Bu gün gündəliyə çıxarılan qanun layihəsində əksini tapan dəyişikliklər ona xidmət edir ki, qiymətlər hədsiz yüksək olmasın”.
H.Rəcəbli onu da vurğulayıb ki, dəyişikliklər kiçik həcmli olsa da, çox böyük əhəmiyyət daşıyır.
İclasda, eyni zamanda, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, dəyişikliyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını tibb müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə aparıb-gətirmək üçün bu Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılacaq.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunubшаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova