Valyuta.com

Bakıda gənc oftalmoloqlar bir araya gəldilər

Bakıda gənc oftalmoloqlar bir araya gəldilər

Bakıda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların artıq ənənə halını alan konfransı keçirilib.
Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələrinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqların iştirak etdiyi konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin oftalmologiya üzrə baş mütəxəssisi Elmar Qasımov son onilliklərdə oftalmologiyanın dinamik inkişafda olan tibb sahələrindən biri olduğunu bildirib. Qeyd edib ki, bu konfrans həm diaqnostika metodlarının sürətlə təkmilləşməsi, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələrinin oftalmoloji praktikaya tətbiqi baxımından gənc həkimlər üçün faydalı olacaq.
Toplantıda oftalmologiyanın son nailiyyətlərinə həsr olunan 18 elmi məruzə dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Konfransın materialları “Oftalmologiya” jurnalında çap olunacaq.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova