Valyuta.com

Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı keçirilib

Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı keçirilib

“N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib.
Tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də əhatə edir. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib. Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laboratoriya kabinələri, yaralıların təxliyyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb. Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, tibbi-hərbi hissə və müəssisələrin maddi-texniki bazası təkmilləşdirilir, onlar müasir tibbi avadanlıqla təmin edilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər.
Toplantıda Silahlı Qüvvələrimizin Tibb Baş İdarəsinin Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı, bu işbirliyinin nəticəsi olaraq, nazirliyin mütəxəssislərinin yaralı hərbi qulluqçularımıza keyfiyyətli tibbi xidmət göstərməsi yüksək qiymətləndirilib. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.
Sonra müasir tibb elminin nailiyyətləri və onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunması və digər mövzularda məruzələr olunub.
Toplantıda Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Bərdə, Tərtər, Yevlax rayonlarının səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova