Valyuta.com

Respublikada şagirdlər arasında dehelmintizasiya programı həyata keçirilir

Respublikada şagirdlər arasında dehelmintizasiya programı həyata keçirilir

“Orta məktəblərdə helmintozların profilaktikası məqsədilə həyata keçirilən tədbirlər başa çatıb. Səhiyyə Nazirliyinin “Respublikada şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” 15 sentyabr 2014-cü il tarixli 95 saylı əmrinə əsasən aparılan tədbirlər ölkə üzrə 18 rayon və şəhəri, o cümlədən Bakı şəhərinin 11 rayonunu əhatə edib. Qurd xəstəlikləri əleyhinə oktyabrın 15-dən noyabrın 15-dək aparılan profilaktika işinə I-VI sinif şagirdləri cəlb olunub. Şəhər və rayonlar üzrə nəzərdə tutulan həmin qrup şagirdlərin 95-99 faizinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə uyğun olaraq helmintozların profilaktikası məqsədilə 1 tabletka 400 mq-lıq “Albendazol” preparatı verilib”.
Bu haqda bizə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitoloji şöbəsinin müdiri Süleyman Məmmədov məlumat verdi. Sözü gedən proqramın tətbiqinin 2 mərhələdə həyata keçirildiyini söyləyən müsahibimiz bildirdi ki, ilk mərhələ apreldə, ikinci mərhələ isə oktyabr-noyabr aylarında baş tutub.
S.Məmmədov ANS televiziya kanalının poliklinikalar tərəfindən məktəblərə paylanan helmintozlar əleyhinə həblərin şagirdlərə açıq şəkildə, heç bir gigiyenik normalar gözlənilmədən verilməsi, valideynlərin dərmanların tərkibi, qəbul qaydaları və əks göstərişləri barədə məlumatlandırılmaması və sairlə bağlı yaydığı informasiyaya da münasibət bildirdi: “Dərmanın qəbul qaydasına uyğun olaraq, şagirdlərə preparatın veriləcəyi gün dərsə ac gəlmələri barədə əvvəldən xəbərdarlıq edilirdi. Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə uşaqlardan biri bu xəbərdarlığa əməl etmədiyi üçün tibb bacısı onun dərmanını verməyi şagirdin valideyninə həvalə edib. Biz bu məsələni araşdırmışıq. Həqiqətən, burada tibb bacısı səhlənkarlıq göstərib və ona qarşı lazımi cəza tədbiri görülüb. Ancaq bir nəfərin səhlənkarlığına görə görülən çox ciddi, önəmli, faydalı bir işin üzərinə kölgə salmaq da doğru deyil. Qeyd edim ki, helmintozlar əleyhinə “Albendazol” həbləri məktəblərdə Səhiyyə Nazirliyi və ÜST-nin birgə həyata keçirdiyi proqram əsasında, ÜST-nin tövsiyəsi və dəstəyi ilə, xüsusi şərtlərlə paylanır. Həb məktəbliyə təhsil ocağında, valideynin yanında, onun icazəsi ilə, yalnız tibb bacısı tərəfindən verilir. Bu halda şagirdlərə həblərin açıq şəkildə, heç bir gigiyenik normalar gözlənilmədən paylanmasından və ya valideynin preparat haqqında məlumatsız olmasından söhbət gedə bilməz. Qaydalara əməl etməyən səhiyyə müəssisələri və işçiləri olduqda isə biz onlarla bağlı xüsusi araşdırmalar aparırıq, müvafiq tədbirlər görürük.
Həblərin yararlılıq, istifadə müddətinin naməlum olması iddiası da əsassızdır. Azərbaycanda apteklərdə satışına icazə verilməyən “Albendazol” preparatları ÜST-nin nümayəndələri tərəfindən ölkəmizə gətirilir və Səhiyyə Nazirliyinə verilir. Preparatlar Nazirliyin Analitik Ekspertiza Mərkəzində yoxlanılır”.
Müsahibimiz preparatın heç bir əks təsirinin, fəsadlarının olmadığını, onun qəbulunun, bəzilərinin dediyi kimi, hansısa risk daşımadığını da diqqətə çatdırdı. Preparatın yalnız hamilə qadınlar üçün əks göstəriş olduğunu vurğuladı.
S.Məmmədov 2005-ci ildə Səhiyyə Nazirliyi və Ümumdünya Ərzaq Proqramının “Məktəbli uşaqlar arasında helmintoza (bağırsaq qurdu) qarşı” birgə layihəsinin icrasına başlandığını dedi. 2006-cı ildən Səhiyyə Nazirliyi və Rostropoviç – Vişnevskaya Fondunun layihəni davam etdirdiyini, nəticədə, məktəbli uşaqlar arasında helmintozlara yoluxma səviyyəsinin xeyli aşağı düşdüyünü diqqətə çatdırdı.
Şöbə müdiri qeyd etdi ki, artıq 4 ilə yaxındır ki, ÜST və Səhiyyə Nazirliyinin birgə davam etdirdiyi layihə çərçivəsində ötən il 48 rayonda profilaktik tədbirlər həyata keçirilib. Bu illər ərzində əhali arasında kifayət qədər maarifləndirmə işləri aparıldığını da vurğulayan mütəxəssis səslənən bəzi fikirlərin görülən işi nəzərdən salmaq cəhdindən başqa bir şey olmadığını bildirdi.
Bu il ötən ilki 48 rayondan 30-nun layihədən kənarda qaldığını xatırladan Süleyman Məmmədov gələn ildən bütün rayonların əhatə olunmasına çalışdıqlarını dedi: “Bu sahədə yeni layihə hazırlayıb ÜST-yə təqdim etmişik və çox bəyənilib. ÜST-nin ümumi strategiyası hazırlandıqdan sonra layihənin bütün ölkə üzrə icra olunacağını düşünürük”.
Ü.Fazilqızıшаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova