Valyuta.com

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul etdi

Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul etdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, dövlət orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbul günləri çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında bu rayonun, həmçinin Saatlı, Sabirabad, Beyləqan, Ağcəbədi rayonlarının sakinləri ilə görüşüb.
Nazir ümumilikdə 56 vətəndaşı qəbul edib, onların müxtəlif məsələlərlə, o cümlədən sağlamlıq problemləri, işlə təminat və sairlə bağlı müraciətlərini dinləyib.
Qəbulda vətəndaşların qaldırdığı məsələlər Nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova