Valyuta.com

Azərbaycan və ABŞ onkoloji mərkəzlərinin əməkdaşlığı

Azərbaycan və ABŞ onkoloji mərkəzlərinin əməkdaşlığı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə bağlanıb.
Sənədi Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar.
Məlumat verilib ki, ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları bu ilin mart ayında Bakıda Milli Onkologiya Mərkəzi ilə birgə konfrans təşkil ediblər. Bu tədbir zamanı qonaqlar MOM-un kliniki fəaliyyəti ilə yaxından tanış olaraq, apardığı elmi araşdırmaları və tədqiqatları yüksək qiymətləndiriblər. Sonrakı dövrdə amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində aparılan mürəkkəb cərrahiyyə və endoskopik əməliyyatları, ciddi elmi tədqiqatları təhlil edərək müqavilə bağlamağa qərar veriblər.
Mərasimdə çıxış edən akademik Cəmil Əliyev Azərbaycanda dövlətimizin başçısının diqqət və qayğısı sayəsində onkologiya sahəsində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Vurğulanıb ki, MOM ilə MD Anderson Xərçəng Mərkəzi arasında imzalanan müqavilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bəhrəsidir. Müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir. Bu sənəd, eyni zamanda, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcək. Nəticədə, ölkə əhalisinə göstərilən onkoloji xidmətin daha yüksək səviyyəyə qaldırılmasına şərait yaradılacaq.
Qeyd olunub ki, ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi təkcə ölkə səhiyyəsinin deyil, ümumilikdə, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.
Sənədə görə, azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində müalicə-profilaktika proseslərində iştirak edəcəklər. Müqavilə MOM-a xərçəng xəstəliyinin qarşısını almaq və onkoloji xəstələri yüksək keyfiyyətli müalicə ilə təmin etmək kimi hədəflər üzrə MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə və onkologiya sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.
Ölkələrimiz arasında səhiyyə, tibb elmi, o cümlədən onkologiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Oliver Boqler isə Azərbaycan Milli Onkologiya Mərkəzinin səviyyəsindən, burada onkoloji xəstələrə göstərilən tibbi xidmətlər və aparılan elmi araşdırmalardan razılığını bildirib. Qeyd edib ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların mütəxəssislər arasında mübadiləsi tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir.
Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı – Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi ABŞ-nın üç ən böyük onkologiya mərkəzindən biridir, özü də təkcə bu ölkənin deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir. Bu elmi müəssisə ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir. 2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi “U.S. News & World Report” jurnalında dərc olunmuş “Ən yaxşı xəstəxana” araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova