Valyuta.com

Təbabətin aktual problemləri müzakirə olundu

Təbabətin aktual problemləri müzakirə olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Təbabətin aktual problemləri – 2015” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Toplantıda akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin inkişafı üçün hər cür şərait yaradıldığını, bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edib. ATU əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlər, universitetin malik olduğu modern tibbi avadanlıq haqqında məlumat verən akademik buradakı elektron mikroskopdan ən son elmi tədqiqatların aparılması üçün istifadə olunduğunu, Əczaçılıq fakültəsinin qrant layihəsi çərçivəsində müasir cihazlar əldə etdiyini söyləyib. Qeyd olunub ki, impakt faktorlu elmi jurnallarda 2014-cü il ərzində tibb və biologiya bölməsindən 144 məqalə dərc olunub. Natiq konfransda müzakirə olunacaq hər bir mövzunun vacibliyini vurğulayıb, müzakirələrin informativ baxımdan əhəmiyyətli olacağına inandığını deyib.
Daha sonra konfransda qaraciyər sirrozu zamanı transplantasiya, müxtəlif mənşəli yenitörəmələrin erkən diaqnostikası və digər mövzularda məruzələr dinlənilib.
Toplantıda ATU-nun əməkdaşları ilə yanaşı, Ukraynanın V.K.Qusak adına Təxirəsalınmaz və Bərpa İnstitutunun alimləri də iştirak ediblər.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova