Valyuta.com

İSİM-də dəyirmi masa keçirildi

İSİM-də dəyirmi masa keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkil edilən dəyirmi masada “Uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi” mövzusu müzakirə olunub.
2015-ci ilin avqust ayında həkim və orta tibb işçiləri arasında aparılmış “Məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, sosial və psixoloji işin təşkili” məsələlərinə dair sorğunun yekun təqdimatı və bu sahədə gələcəkdə görüləcək işlərin müzakirəsi məqsədi daşıyan tədbirdə Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, bir sıra poliklinikaların rəhbərləri və İSİM-in əməkdaşları iştirak ediblər.
Toplantıda zorakılıq hallarının aradan qaldırılması məqsədilə əhali arasında daim maarifləndirmə işinin aparılması zərurətindən, İSİM-in zorakılıqla mübarizə istiqamətində dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığından, məişət zorakılığına məruz qalmış şəxslərlə işləyən mütəxəssislərin tibbi, sosial və psixoloji yardımının səmərəliliyini və keyfiyyətini artırmaq üçün xüsusi vəsaitlərin hazırlanmasından söhbət açılıb.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova