Valyuta.com

Yenidoğulmuşların reanimasiyası üzrə təlimlər

Yenidoğulmuşların reanimasiyası üzrə təlimlər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələri üçün "Yenidoğulmuşların reanimasiyası" üzrə təlimlər təşkil olunub.
Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının “Yenidoğulmuşların Reanimasiyası Proqramı”na istinad olunaraq tərtib edilmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi əsasında aparılan treninqlərdə adı çəkilən proqram üzrə iş, neonatal reanimasiya üzrə yeniliklər, dünyada bu sahədə yeni texnologiyalar tədris olunur, həmçinin manekenlərdən istifadə etməklə praktik məşğələlər keçirilir.
Tədbirin məqsədi son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara yenidən baxış, yenidoğulmuşların reanimasiyası zamanı komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan bütün addımların sənədləşdirilməsinə müasir yanaşmaların daha geniş tətbiqinə təsir etməkdir. Bununla da həkimlərin iş potensialının artırılmasına, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaq.
Hazırkı təlimə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Elmi Tədqiqat Pediatriya İnstitutunun, Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Respublika Perinatal Mərkəzinin və Mərkəzi Klinik Xəstəxananın antenatal yardım xidməti sahəsində çalışan həkimləri cəlb olunublar.
Treninqlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynovun rəhbərliyi altında keçirilən bu təlimlər dekabrın 8-9-da və 15-16-da növbəti qruplar üçün davam edəcək.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova