Valyuta.com

Nigaha daxil olmaq istəyən 65138 şəxs müayinə olunub

Nigaha daxil olmaq istəyən 65138 şəxs müayinə olunub

Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında 161 nəfərdə sifilis, 45 nəfərdə İİV infeksiyası aşkar edilib. Bu, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun cəmi 5 ay ərzində, yəni ölkəmizdə nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblərin qüvvəyə mindiyi 1 iyun tarixindən noyabrın 1-nə kimi apardığı müayinələrin nəticəsidir. Müayinə olunanlardan 4213 nəfərdə isə talassemiya daşıyıcılığı aşkar edilib.
Beş ay ərzində ümumilikdə 65138 nəfər ailə qurmağa hazırlaşan şəxs müayinə olunub.
Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyətin qanunun icrasına dair məlumatlandırılması məqsədi ilə Bakıda və bölgələrdə jurnalistlər uçun görüşlər təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda keçirilən mediaturlarda nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun qan nümunələri götürülüb, ailə sağlamlığının müxtəlif məsələləri haqqında müzakirələr aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı müvafiq tibb müəssisələrində zəruri şərait yaradılıb, onların tibbi personalı lazımi hazırlıq keçib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova