Valyuta.com

ÜST-nin hamiləliklə bağlı metodikası doğum evlərində sınaqdan keçiriləcək

ÜST-nin hamiləliklə bağlı metodikası doğum evlərində sınaqdan keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” Azərbaycanda tətbiq edilməyə başlanır.
Bu münasibətlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Sumqayıt Şəhər Səhiyyə İdarəsində həmin metodika üzrə birgə seminar təşkil edib.
Sumqayıtdakı 1 və 2 saylı doğum evlərinin tibb işçilərinin iştirakı ilə keçirilən tədbirdə İSİM-in mütəxəssisləri Teymur Hüseynov və Afət Məmmədova “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” barədə ətraflı məlumat veriblər. Ana və körpə ölümünün qarşısının alınmasına, hamiləlik və doğuş sonrası ginekoloji problemlərin profilaktikasına yönəldilmiş bu tövsiyələrin Azərbaycanda doğuşayardım tibb müəssisələrində tətbiqinin vacibliyi qeyd olunub.
Eyni zamanda, Respublika Perinatal Mərkəzində də bu metodikanın sınaqdan keçirilməsi ilə bağlı, maraqlı və faydalı müzakirələrlə yadda qalan görüş təşkil edilib.
Artıq Respublika Perinatal Mərkəzində ÜST-nin metodikasının tətbiqinə başlanılıb. Onun Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində də sınaqdan keçirilməsi planlaşdırılır.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova