Valyuta.com

Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçdi

Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən və tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi (“BIHE-2015”) üç gün ərzində öz ziyarətçilərini tibb yenilikləri ilə tanış etdi.
Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək, ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş uğurlardan danışdı. Bildirdi ki, sərgidə iştirak edən dövlətlərin sayının ildən-ilə artması Azərbaycanın dinamik inkişafının, ictimai-siyasi sabitliyinin, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi, ölkə səhiyyəsində tərəqqinin əyani sübutudur.
Elsevər Ağayev məlumat verdi ki, bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya, ABŞ, İsveçrə kimi ölkələr də daxil olmaqla, ümumilikdə dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edir. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirir. Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri ilk dəfə birgə milli stendlə çıxış edirlər: “İranın əczaçılıq şirkətləri də böyük fəallıq göstərirlər. Bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Yerli eksponentlər nəhəng dünya istehsalçılarının tərəfdaşı olan aparıcı tibbi avadanlıq distribüterləri ilə təmsil olunur. Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur”.
Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Sergey Tsib, Belarus səhiyyə nazirinin müavini Valeri Şevçuk, Türkiyə Turizm Agentlikləri Assosiasiyasının sərgilər direktoru Esra Tolqay və “İTE Group PLC” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək, sərginin işinə uğurlar arzuladılar. Çıxışlarda belə böyük bir tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olundu.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
“BIHE-2015” sərgisinin ekspozisiyası bütün əsas səhiyyə sahələrini, o cümlədən tibbi və laborator avadanlıqlar, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları kimi sektorları əhatə edirdi. Sərginin builki yenilikləri arasında orqanizmdə qanın maksimum dəqiq və ətraflı analizini həyata keçirən aparat, ana bətnində döl qüsurlarını erkən diaqnostika edən ən son cihazlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüsü, yeni əczaçılıq preparatları və digər məhsullar yer alırdı.
Sərgidəki “Tibbi turizm” sektorunda xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkət, habelə insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri öz xidmət və imkanlarını nümayiş etdirirdi. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənirdi.
“BIHE” sərgisi ilə paralel daha iki tədbir – 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan – 2015”) və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan – 2015”) sərgiləri də keçirilirdi. Bu ekspozisiyalarda müvafiq olaraq yeni stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları, kosmetoloji və ətriyyat məhsulları, dəriyə və saçlara qulluq vasitələri, gözəllik salonları və peşəkar mütəxəssislər üçün avadanlıq və vasitələr nümayiş etdirilirdi.
Beləliklə, üç gün ərzində sərgilər həkimlərin, köhnə və yeni tərəfdaşların görüş yerinə, bazarın qiymətləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün meydana çevrildi.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova