Valyuta.com

12 sentyabr Ümumdünya İlkin Tibbi Yardım Günüdür

12 sentyabr Ümumdünya İlkin Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlkin Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur.
Dünyada ilk dəfə ilkin tibbi yardım xidməti XIX əsrin sonlarında, Azərbaycanda isə 1922-ci ildə yaranıb. 20-ci əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirdi. Sabunçu ərazisində bir həkimin və iki akuşerin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərirdi. Təcili tibbi yardım bəzi paytaxt xəstəxanalarının nəzdində fəaliyyət göstərən şöbələr tərəfindən təqdim edilirdi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə son illər ölkədə təcili tibbi yardım xidmətinə diqqət daha da artırıldı, səhiyyənin bu sahəsi ciddi şəkildə inkişaf etdirildi.
Bu barədə bizə daha ətraflı Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verdi. Müsahibimiz bildirdi ki, ölkəmizdə son illərdə təcili tibbi yardım avtomobilləri parkı mütəmadi olaraq yenilənir, əhaliyə xidmət üçün ən müasir tibbi avadanlıqları olan nəqliyyat vasitələri növbəyə buraxılır. O, eyni zamanda, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin dərman təchizatının da ildən-ilə yaxşılaşdırıldığını, çeşidin artırıldığını, tibbi heyətin müasir uniforma ilə təchiz edildiyini, 103 dispetçer xidmətinin tam yenilənərək mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərdiyini dedi. Kadrların peşəkarlığının daha da artırılması məqsədilə həkim və orta tibb işçilərinə təcili tibbi yardım üzrə kurslar təşkil olunduğunu vurğuladı.
Baş həkim nəqliyyat vasitələrinin sayının çoxalması, avtomobil yollarında hərəkətin intensivliyinin artması nəticəsində son illər yol-nəqliyyat hadisələrinin, bu hadisələr zamanı ağır travmaların və ölüm hallarının sayının durmadan artdığını diqqətə çatdırdı: “Yollarda avtomobil qəzaları zamanı zərərçəkmişlərə tibbi yardımın vaxtında göstərilməsi, bununla da ölüm hallarının və travmadan sonrakı şikəstliyin azaldılması məqsədi ilə Nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsi yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərir. Eyni zamanda “113” –“Sanitar aviasiya” xidməti də mövcuddur. Bu xidmətdən rayonlardan paytaxta, yaxud rayonlararası ağır xəstələrin daşınmasında istifadə olunur”.
R.Nağıyev əvvəlki illərlə müqayisədə çağırışların sayının artdığını da vurğuladı: “Təkcə Bakı şəhəri üzrə gün ərzində təcili yardım xidmətinə 1700-1800 çağırış daxil olur. Yay və qış aylarında bu rəqəm 2000-2100-ə çatır. Kəskin istilərlə əlaqədar ürək-damar sistemi xəstəlikləri, ümumi zəiflik, bəzi hallarda qida zəhərlənmələri, qışda isə respirator xəstəliklər, soyuqdəymə, ürək-damar sistemi xəstəlikləri, həmçinin şaxtalı havalarda xəsarətlər, zədələrlə bağlı çağırışlar daha çox qeydə alınır”. Rauf Nağıyev çağırışların artmasını son illər əhalinin səhiyyəyə, təcili yardım xidmətinə etimadının, inamının çoxalması ilə əlaqələndirdi.
Baş həkim təcili tibbi yardım xidmətinin qarşılaşdığı çətinliklərdən də danışdı. Bakıda avtomobillərin sayının çox olması, əhalinin sıx yerləşməsi, yollardakı tıxaclar, müraciət edənlərin yaşadıqları ünvanları dəqiq bilməməsi, sürücülərin təcili yardım maşınlarına yol verməməsi və s. səbəblərdən bir sıra hallarda gecikmələrin qeydə alındığını dedi: “Təcili yardım xidmətinin günahından heç bir halda ünvana gecikmə halları olmur. Bəzən həkimlərə qarşı haqsız təzyiqlər olsa da, hətta onların döyülməsi, təhqir olunması halları da baş versə də, ölkəmizin təcili yardım xidməti daim əhalinin qulluğundadır”.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova