Valyuta.com

“Radon ağciyər xərçəngi yaradır”

“Radon ağciyər xərçəngi yaradır”

“Radon ağciyər xərçəngi yaradır. Tədqiqatlar göstərir ki, ağciyər xərçənginin yaranmasına səbəb olan amillər arasında ikinci əsas yeri radon qazı tutur”. Bu fikri “Bakı Elm Festivalı – 2014” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Azərbaycanda radon problemi” mövzusunda çıxış edərkən səsləndirib.
Çernobıl qəzasından sonra SSRİ respublikalarında radon problemi ilə bağlı araşdırmalara başlanıldığını qeyd edən Ç.Əliyev diqqətə çatdırıb ki, həmin dövrdə Abşeron yarımadasında və Bakıda da tədqiqatlar aparılıb: “Nəticədə, Bakının bəzi yerlərində, ümumilikdə isə Abşeronda 140-a qədər radon mənbəyi tapıldı. Bu mənbələrdə problemlər vaxtaşırı həll edildi. Qeyd edim ki, indi vəziyyəti normal qiymətləndirmək olar”.
Şöbə müdiri yaşayış binalarına radon qazının daxil olması yollarından da danışıb: “Binanın yerləşdiyi ərazinin geoloji-coğrafi xüsusiyyəti, binanın tikintisində istifadə edilən materiallar, kanalizasiya xətləri və digər amillər binaların zirzəmisində və birinci mərtəbələrində radon qazının yığılmasına səbəb olur. Adətən zirzəmidə və anbarlarda bu qazın səviyyəsi daha yüksək olur. Radon qazının təsirinə daha çox birinci, bəzən də ikinci mərtəbələrdə yaşayanlar məruz qalırlar. Ümumilikdə isə, radon qazı daha çox qış aylarında qapı-pəncərənin bağlı olduğu mənzillərdə insanlar üçün təhlükəlidir. Amma ventilyasiya düzgün qurulubsa, bu qazı binaların zirzəmisindən, anbarlardan kənarlaşdırır”.
İsveçrə alimlərinin dəstəyi ilə Azərbaycanın radon qazı kadastrının, xəritəsinin yaradıldığını bildirən Ç.Əliyev Şamaxı-İsmayıllı, Quba, Zaqatala-Balakən və Şəki regionlarında daha çox radon müşahidə olunduğunu açıqlayıb: “Çünki bu ərazilər aktiv seysmik zonalardır, radon qazı da qırılmalardan yer səthinə çıxır. Qazax-Tovuz, Gəncə, Talış dağları zonasında da bəzi yerlər var ki, radon qazının qatılığı yüksəkdir və nəzarət altında olmalıdır. Onu da qeyd edim ki, Zaqatalada zəlzələdən sonra bəzi ərazilərdə radon qazının qatılığının yüksək olduğunu müşahidə etmişdik”.
Natiq Azərbaycanda radon qazı probleminin həlli ilə bağlı 2014-cü il iyunun 30-da 5 illik Dövlət Proqramı qəbul edildiyini də xatırladıb: “Azərbaycanda radon problemi nəzarət altındadır və Dövlət Proqramı çərçivəsində onu həll etməyə başlamışıq”.
Şöbə müdiri radon qazları ilə yer səthinə çıxan müalicəvi suların isə insan orqanizmi üçün zərərli olmadığını qeyd edib.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova