Valyuta.com

Dondurma və sərinləşdiriçi içkilərə nəzarət gücləndirilib

Dondurma və sərinləşdiriçi içkilərə nəzarət gücləndirilib

Mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə tələbatı artır. İstehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə, həmçinin saxlanma temperaturuna və yararlılıq müddətinə əməl olunduqda, bu içkilər insan üçün təhlükə riski daşımır. Lakin bu məhsullar birbaşa günəş şüası altında qalanda və ya onları isti havada uzun müddət saxladıqda, keyfiyyəti korlana bilər. Bu halda isə onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Eyni sözləri əriyib yenidən dondurulmuş, istifadə müddəti bitmiş dondurmalar haqqında da söyləmək olar.
Yay mövsümündə dondurma və sərinləşdiriçi içkilərə tələbatı nəzərə alaraq, ölkənin sanitar-epidemioloji xidmət orqanları bu məhsullarla bağlı ümumi qaydalara əsasən yoxlamalar aparır. Nəzarət tədbirləri 2015-ci il martın 1-dən etibarən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun surətdə, plan üzrə və ya plandankənar həyata keçirilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, iyun ayında ölkə ərazisində fəaliyyət göstərən 4 dondurma və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar aparılıb. Həmçinin bildirilir ki, mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa, qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcək.
Eyni zamanda, vətəndaşlara xəbərdarlıq olunur ki, sağlamlıq üçün potensial təhlükəli olduğuna görə, əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağandır. Həmçinin açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarına yol verilməsi nəzərə alınaraq bildirilir ki, istehsal edilən heç bir açıq kvas məhsuluna gigiyenik sertifikat verilməyib.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova