Valyuta.com

Sertifikasiya imtahanlarında 5 mindən çox həkim uğur qazanıb

Sertifikasiya imtahanlarında 5 mindən çox həkim uğur qazanıb

Səhiyyə Nazirliyi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini və professional yararlılığını yoxlamaq məqsədi ilə keçirdiyi sertifikasiya imtahanlarını davam etdirir.
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən verilən məlumata görə, 2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə buraxılış vərəqəsi verilib, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 bal, 704 nəfəri 60-75 bal toplayıb.
Ümumilikdə 40 ixtisas üzrə keçirilən imtahanlarda terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisas sahibləri üstünlük təşkil edib.
İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün artıq 4000-ə yaxın namizəd qeydə alınıb.
Xatırladaq ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün səhiyyə müəssisələrində çalışan, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova