Valyuta.com

“Azərbaycan BMT-nin Ebola ilə mübarizəsinə bir milyon dollar ayırıb”

 “Azərbaycan BMT-nin Ebola ilə mübarizəsinə bir milyon dollar ayırıb”

Azərbaycan Eboladan əziyyət çəkən ölkələr üçün vəsait toplanması məsələlərinə dair BMT-nin iqamətgahında keçirilən Beynəlxalq konfransda həmin məqsədə bir milyon dollar vəsait ayrıldığını elan edib.
Forum çərçivəsində BMT-nin üzvü olan dövlətlər Qvineya, Liberiya və Syerra-Leonenin bərpa olunmasına təqribən 5 milyard dollar ayıracaqlarını vəd ediblər.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev konfransdan dərhal sonra BMT Radiosuna müsahibə verib. AZƏRTAC-ın təqdim etdiyi həmin müsahibəni qısa ixtisarla çap edirik.

- Nə üçün Azərbaycan infeksiyanın tüğyanından zərər çəkən ölkələrin bərpasında maraqlıdır?
- Ebola epidemiyası problemi təkcə bu təhlükəli və ölümcül xəstəliyə meyilli ölkələr üçün deyil, həm də bütövlükdə beynəlxalq ictimaiyyət, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı üçün böyük problemdir. Buna görə də mənim ölkəm bu prosesdə fəal iştirak edir, biz öz imkanımız daxilində problemin həllinə töhfə vermək istəyirik. Bu, birinci amildir.
İkinci amil bundan ibarətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə biz böyük problemlərlə üzləşmişdik (Ermənistanla münaqişə nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi, prinsipcə, hələ də mövcuddur, lakin artıq xeyli yüngülləşib). O vaxt beynəlxalq birlik Azərbaycana kömək etdi. Vaxtilə resipiyent ölkə olan Azərbaycan hazırda aktiv donora çevrilir. Biz xeyirxahlığı unutmuruq və ona xeyirxahlıqla cavab vermək istəyirik.
Azərbaycan hökumətinin qərarı ilə BMT-nin Ebola epidemiyası əleyhinə mübarizə sisteminə artıq bir milyon Amerika dolları ayrılıb.
- Bu vəsaitin hansı məqsədlərə xərclənəcəyi artıq məlumdurmu?
- Burada iki komponent var. İlk növbədə, Qərbi Afrikada yenicə yaranan ocaqları söndürmək, ən başlıcası isə, həmin ölkələrin bərpa yoluna mümkün qədər tez qayıtmasına kömək etmək.
- Sizcə, məhz indiki məqamda belə yardım nə dərəcədə əhəmiyyətlidir?
- Biz BMT-nin 70 illiyinə yaxınlaşırıq. Sentyabrda inkişaf problemləri üç gün ciddi müzakirə ediləcək.
15 il əvvəl – 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini qəbul etdik və artıq sanballı nəticələr var. Amma problemlər də var. İndi mütəxəssislər bəşəriyyəti irəliyə aparmaq üçün bütün ölkələrin bir-birinə kömək edə biləcəyi optimal səviyyəyə çıxmaq üzərində çalışırlar.
Afrika qitəsi məhz beynəlxalq yardıma xüsusilə ehtiyacı olan ölkələrdir. Bu ölkələrin öz normal vəziyyətinə qayıtması üçün digər iştirakçılar böyük məbləğlər ayırmağa, bilavasitə yardım göstərməyə hazır olduqlarını bəyan edirlər.
- Sizcə, BMT-nin özü nə isə bir iş görməlidir? Reaksiyalardan biri BMT daxilində Ebola əleyhinə mübarizəyə dair xüsusi bölmənin yaradılması olub. Axı, buna qədər Ümumdünya Səhiyyə Təşkilatının müəyyən resursları mövcud idi.
- Zənnimcə, BMT strukturunda bu cür çağırışlara dərhal reaksiya verən bölmələr olmalıdır. Əminəm ki, bu məsələ ÜST-də də nəzərdən keçirilir, bu ilk növbədə elə bu təşkilatın işidir. Lakin milli səviyyə komponenti də var. Öz səhiyyə sektorunu inkişaf etdirmək və möhkəmləndirmək üçün dövlətlərə ciddi yardım göstərilməlidir. Əgər həmin müalicə və təcridetmə prosesini lazım gələndə qısa müddətdə yerlərdə işə salmaq mümkün deyilsə, onda ən yaxşı dərmanlar, ən yaxşı həkimlər və ən yaxşı tövsiyələr də kömək etməyəcək.
Doğrudur, bu yaxınlarda Liberiyada yeni ocaqlar yaranıb. Amma Liberiya hökuməti və barəsində danışılan digər iki dövlət – Syerra-Leone və Qvineya bu problemlə milli səviyyədə ciddi məşğul olur. Düşünürəm ki, bu böyük məsələnin həll olunduğunu, prosesin dayandırıldığını söyləyə biləcəyimiz gün uzaqda deyil.
Bugünkü konfransın birinci dərəcəli vəzifəsi artıq BMT sistemində işlənib hazırlanmış və konkret olaraq BMT-nin İnkişaf Proqramının məşğul olduğu konsepsiyaya uyğun vəsait toplamaqdır. Bütün bunlar həmin ölkələrdə həyatın bərpa olunmasına hər cür yardım göstərəcək.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova