Valyuta.com

Dərmanların qiyməti ilə bağlı geniş toplantı keçirildi

Dərmanların qiyməti ilə bağlı geniş toplantı keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində geniş toplantı keçirilib.
Tibb müəssisələrinin və Nazirliyin struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi iclasda səhiyyə naziri Oqtay Şirəliyev birinci yarımillikdə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına toxunub, Azərbaycanda son altı ayın göstəricilərinə əsasən pozitiv iqtisadi dinamikanın müşahidə olunduğunu, bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.
Bununla belə, ölkədə müəyyən məsələlərdə bəzi problemlərin mövcud olduğunu söyləyən nazir Nazirlər Kabinetinin iclasında ölkə başçısının sosial-iqtisadi inkişafa maneçilik törədən, Səhiyyə Nazirliyini uzun müddətdir narahat edən məqamlara toxunduğunu vurğulayıb. Oqtay Şirəliyev bu barədə Azərbaycan Prezidentinə məruzə olunduğunu da qeyd edib və məlumat verib ki, bir neçə aydır İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.
Öz çıxışında səhiyyə naziri dövlət rəhbərinə istinad edərək bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı olduğuna görə, dərmanların qiyməti bazar tərəfindən tənzimlənir. Bununla belə, burada iqtisadi mexanizmlərlə yanaşı, müəyyən subyektiv amillərin də təsiri var. Bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb olur. Bu görə də yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. O.Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları daha rahat şəkildə ala biləcəklərinə əminliyini ifadə edib.
Səhiyyə naziri əhaliyə dövlət tərəfindən təqdim olunan dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çox böyük işlər görüldüyünü xatırladıb. O cümlədən, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət qurumu olan Analitik Ekspertiza Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların səhiyyə müəssisələrinə mərkəzləşdirilmiş qaydada paylanması kimi tədbirləri misal çəkib. Təəssüflə qeyd edib ki, görülən işlərə baxmayaraq, hələ də bu sahədə müəyyən çatışmazlıqlara rast gəlinir – əhalinin müalicəsi zamanı ödənişsiz istifadə edilmək üçün dövlət səhiyyə müəssisələrinə mərkəzləşdirilmiş qaydada təqdim olunan dərman vasitələri bəzi hallarda ünvanına – pasiyentlərə çatmır; bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır; müəyyən hallarda həkimlər xəstələrə yazdıqları reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bütün bunlar isə əhalinin haqlı narazılığına səbəb olur. Oqtay Şirəliyev bildirib ki, bu kimi hallar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. O, məlumat verib ki, dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb və tətbiq olunacaq.
İclasın sonunda nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova