Valyuta.com

Pamela Venninq Səhiyyə Nazirliyinə təşəkkür məktubu ünvanlayıb

Pamela Venninq Səhiyyə Nazirliyinə təşəkkür məktubu ünvanlayıb

Ölkəmizin tarixində əlamətdar hadisə olan I Avropa Oyunları sona çatdı. Oyunların təşkilində Azərbaycan səhiyyəsinin də üzərinə müəyyən öhdəliklər və böyük məsuliyyət düşürdü. Təcili və təxirəsalınmaz tibbi xidmətdə, xüsusi seçilmiş səhiyyə müəssisələrində fəaliyyət müvafiq surətdə təkmilləşdirilmiş, tibbi personala Beynəlxalq Kardiologiya Assosiasiyasının tələblərinə uyğun BLS və ATLS proqramları üzrə təlimlər keçilmiş, sanitar-epidemioloji rifahın təminatı, intensiv xarici dil kurslarının təşkili və digər tədbirlər görülmüşdü.
I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və dopinqlərə nəzarət departamentinin rəhbəri Pamela Venninq oyunların keçirildiyi müddətdə yüksək səviyyədə tibbi xidmətlər göstərilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təşəkkür məktubu ünvanlayıb.
Məktubda artıq Bakını tərk edərək Birləşmiş Krallığa qayıtdığını söyləyən Pamela Venninq bildirir: “Avropa Oyunları zamanı yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində inanılmaz əməkdaşlıq nümunəsinə görə Sizə və rəhbərlik etdiyiniz komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm.
Səhiyyə Nazirliyi Avropa Oyunlarının tibbi xidmətlər standartlarına uyğun bütün öhdəliklərini lazımınca yerinə yetirdi. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq fədakarlıqla çalışdınız. Təcili və təxirəsalınmaz yardım və hospital servisləri lazım olan hər bir halda müstəsna xidmətlər göstərdi.
Bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın işini xüsusi qeyd etmək istərdim. Onlar böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəldilər və bütün nəzarəti öz üzərlərinə götürdülər. Təlimlərdə onların liderlik xüsusiyyətləri, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir. Bu komanda öz növbəsində peşəkar işləri ilə həkimləri, tibb bacılarını və tibb tələbələrini ruhlandırdı və onlara ilham verdi.
Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcək və mən bunları maraqla izləyəcəyəm.
Sizinlə və komandanızla çalışmaq mənə nəsib olduğuna görə hədsiz qürur hissi keçirirəm.
Səmimiyyətlə, Pamela Venninq”.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova