Valyuta.com

“Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiqi”

“Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiqi”

Gəncə Şəhər Səhiyyə İdarəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və QAVİ – Qlobal Vaksin Alyansı Təşkilatının dəstəyi ilə “Azərbaycanda inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiqi” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov Azərbaycanda yüksək səviyyədə aparılan peyvəndləmə işləri sayəsində artıq bir çox xəstəliklərə rast gəlinmədiyini vurğulayıb, həkimlərin maariflənməsi baxımından belə konfransların əhəmiyyətini xüsusi qeyd edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) baş direktor müavini Afaq Əliyeva ölkəmizdə poliomielitin ləğvi istiqamətində görülən tədbirlərdən, inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqindən danışıb.
Konfransda ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin Vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının mütəxəsisi Vüsalə Allahverdiyeva “2013-2018-ci illərdə poliomielitin ləğvi strategiyasının yekun mərhələsinin həyata keçirilməsi” mövzusunda çıxış edərək, ÜST-nin bu istiqamətdə gördüyü tədbirlər barədə məlumat verib. 2002-ci ildə ÜST tərəfindən Azərbaycana “Poliomielitdən azad ölkə” statusunun verildiyini qeyd edən V.Allahverdiyeva 2005-ci ildən ölkəmizdə qızılca və məxmərək əleyhinə də davamlı tədbirlərin aparıldığını bildirib.
Daha sonra Respublika GEM-in Epidemioloji şöbəsinin müdiri Rəna Yusifli “2011-2014-cü illərdə kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin təhlili", İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva isə “Peyvəndlərin yerinə yetirilməsinin vəziyyəti, peyvənd işində olan nöqsanlar" mövzularında çıxış ediblər.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova