Valyuta.com

Azərbaycan alim-cərrahlarının beynəlxalq uğuru

Azərbaycan alim-cərrahlarının beynəlxalq uğuruAzərbaycan alim-cərrahlarının beynəlxalq uğuru

Son illər Azərbaycan alimlərinin sorağı dünyanın bir çox ölkələrində keçirilən mötəbər elmi məclislərdən gəlir. Bu günlərdə daha bir belə xoş xəbər Almaniyadan gəldi. Azərbaycan Tibb Universitetinin (ATU) Ümumu cərrahlıq kafedrasının əməkdaşları tibb elmləri doktoru Novruz Hacıyev və tibb üzrə fəlsəfə doktoru Elman Tağıyev ötən ay Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq konqresdə Azərbaycan elmini və cərrahiyyəsini uğurla təmsil edərək, yüksək nəticələrlə Vətənə dönüblər.
Belə ki, onların hər ikisinin elmi məruzəsi konqres iştirakçılarının böyük marağına səbəb olub. Eyni zamanda, gənc alim N.Hacıyev ilk dəfə olaraq həmin konqresin cərrahiyyə panelinə sədrlik edib. Həmçinin N.Hacıyev gizli səsvermə yolu ilə Almaniyanın Təbiət Akademiyasına üzv seçilib. Hər iki alimin konqresdəki aktiv fəaliyyəti, elmi məruzələrinin aktuallığı və müasir elmi əhəmiyyəti konqres təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib – N.Hacıyev Lui Paster medalı, E.Tağıyev isə Robert Kox medalı ilə təltif edilib.
Qeyd edək ki, hər iki alimimiz Vətənə döndükdən sonra yerli mətbuata verdikləri açıqlamada bu uğurlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və səhiyyə naziri Oqtay Şirəliyevin səhiyyəyə, tibb elminə olan diqqətlərinin, gənc alimlərə göstərdikləri qayğının bəhrəsi kimi qiymətləndiriblər.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova