Valyuta.com

Ailə quranların müayinəsinə dair informasiya turları keçirildi

Ailə quranların müayinəsinə dair informasiya turları keçirildi

Ölkəmizin paytaxtında və bəzi regionlarda jurnalistlər üçün müxtəlif tibb müəssisələrində informasiya turları təşkil olunub. Keçirilən görüşlərin məqsədi bu il iyunun 1-dən etibarən Azərbaycanda icrasına başlanılan yeni tədbirlər – nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi barədə ictimaiyyəti məlumatlandırmaq, əhalini maarifləndirmək, iş prosesinin təşkilini kütləvi informasiya vasitələrində işıqlandırmaqdır.
Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil edilən turlarda ailə qurmağa hazırlaşan cütlüklərdən mətbuat nümayəndələrinin yanında müayinələr uçun qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb.
Jurnalistlər paytaxtda və regionlarda fəaliyyət göstərən tibb müəssisələrində icbari tibbi müayinələr üçün lazımi şərait yaradılmasına, səhiyyə ocaqlarında tibb personalının bu prosesə tam hazırlığına şahid olublar.
Sonda işin təşkilinə dair jurnalistləri maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova