Valyuta.com

Ulu öndərin doğum günü elmi konfransla qeyd edildi

Ulu öndərin doğum günü elmi konfransla qeyd edildi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gənc alimlərin və həkim-rezidentlərin elmi-praktiki konfransı keçirilib.
Tədbirin açılışında institutun rektoru, professor Nazim Qasımov ulu öndərin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyi dövrünü “Azərbaycan tarixinin ən parlaq səhifələri” adlandıran natiq qeyd edib ki, ulu öndər səhiyyə, tibb elmi və tibb təhsili sahələrini daim diqqət mərkəzində saxlayırdı: “Müstəqilliyimizin ilk illərindən başlayaraq, ölkə səhiyyəsi də yeni inkişaf mərhələsinə qədəm qoydu. İlk növbədə, onun qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi”.
Rektor vurğulayıb ki, ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Ulu öndərin xatirəsinə ən böyük hədiyyə olan bu tərəqqini ölkə səhiyyəsinin timsalında bariz şəkildə görmək mümkündür. İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici dövlətlərinin məşhur tibb müəssisələrində də uğurla fəaliyyət göstərirlər.
Sonra konfrans öz işini gənc alimlərin elmi-praktik məruzələri ilə davam etdirib. ADHTİ-nin Mamalıq-ginekologiya kafedrasının assistenti İlahə Quliyeva “Ginekologiyada tək port laparoskopik cərrahiyyə və onun perspektivləri”, Sinir xəstəlikləri kafedrasının assistenti Rahim Əliyev “İnsultların profilaktikasının təşkili modeli”, Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rezidenti Rüfət Meybəlizadə “Çənə sümük defektlərinin bərpası üçün osteoplastik materialların tətbiqi” mövzularında məruzələrlə çıxış ediblər. Terapiya kafedrasının rezidentləri Tünzalə Səmədovanın “Bagırsağın qeyri-spesifik iltihabi xəstəliklərində diaqnostik markerin rolu” və Aytac Mehdiyevanın “Düyünlü uru olan xəstələrin incə iynə ilə aspirasiyalı biopsiyasının nəticələrinin dəyərləndirilməsi”, Patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza kafedrasının rezidenti Gülyaz Budaqovanın “Urotelial karsinomaların köhnə və yeni təsnifatının müqayisəsi: 2-ci dərəcəli urotelial karsinomalara müasir baxış”, Dermatovenerologiya kafedrasının baş laborantı Samirə Babayevanın “Müasir dövrdə Azərbaycanda leyşmaniozun klinikasının xüsusiyyətləri” məruzələri də maraqla qarşılanıb.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova