Valyuta.com

Səhiyyə naziri Şəkidə vətəndaşlarla görüşdü

Səhiyyə naziri Şəkidə vətəndaşlarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət qurumlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edirlər.
Bu məqsədlə may ayı üçün xüsusi müəyyən edilmiş qəbul günləri cədvəlinə müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev Şəki şəhərində bu rayonun və Oğuz, Zaqatala, Balakən, Qax rayonlarının sakinləri ilə görüşüb.
Şəki Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbulda vətəndaşlar əsasən sağlamlıq və kadr məsələləri ilə bağlı, xahiş və minnətdarlıq xarakterli müraciətlər ediblər.
Əlamətdardır ki, bu dəfə qəbulda uzun illər sağlamlığında problemi olan, ötən görüşlərdən sonra Səhiyyə Nazirliyinin müdaxiləsi nəticəsində tamamilə sağalan və minnətdarlıq üçün yenidən görüşə gələn xeyli vətəndaş olub. Qəbula gələnlərin digər bir qismini hazırda sağlamlığında problemləri olan vətəndaşlar təşkil edib.
Müraciətlərin hamısı dinlənilib, onların hər birinə səhiyyə naziri və nazirliyin müvafiq strukturlarının mütəxəssisləri tərəfindən baxılıb və araşdırılıb. Problemlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzilərinin həlli ilə bağlı müvafiq tibb müəssisələrinə göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova