Valyuta.com

ÜST beynəlxalq həkim qrupları reyestrinin yaradılmasını elan etdi

ÜST beynəlxalq həkim qrupları reyestrinin yaradılmasını elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusuna qarşı mübarizənin ibrət dərsləri çərçivəsində akkreditə olunmuş beynəlxalq tibb işçiləri qrupları reyestrinin yaradılmasını elan edib. Söhbət dünyanın müxtəlif yerlərindən əvvəlcədən seçilmiş, istənilən vaxt fəlakət zonasına göndərilməyə hazır olan tibb bacıları və həkimlər komandasının siyahısından gedir.
Reyestrin məqsədi zərər çəkmiş dövlətlərin əhalisini müasir və ixtisaslaşmış beynəlxalq yardımla, o cümlədən tibbi yardımla təmin etməkdir. ÜST-nin ekspertləri hesab edirlər ki, belə məlumat bazası xaosun qarşısını almağa kömək edər. Çünki böhranla qarşılaşmış ölkələrə fəaliyyəti koordinasiya olunmayan yüzlərlə könüllülər komandasının gəldiyi hallar çox olur. Nəticədə onların xoş niyyətləri zərər çəkmiş hökumətlər üçün əlavə yükə çevrilir.
2010-cu ildə Haitidə güclü zəlzələ baş verdikdən sonra ora yüzlərlə könüllü getmişdi. Lakin ilkin mərhələdə onların işini nizama salmaq sadəcə mümkün olmamışdı.
Daha sonra bildirilir ki: “İndi ÜST yeni, qəti yanaşmanı mənimsəməyi təklif edir. Yəni bütün beynəlxalq tibb işçiləri komandalarına onlayn rejimində qeydiyyatdan keçməyə imkan yaratmaq lazımdır ki, onlar fövqəladə hallar, o cümlədən su basmaları, zəlzələlər, xolera və ya Ebola virusu barədə vaxtında məlumat ala bilsinlər. DST-nin ehtiyatında artıq yoxlanmış və hazırlanmış tibb bacıları və həkimlər komandası olacaq ki, onlar dərhal fəlakət zonasına yola düşə biləcəklər”.
ÜST-də ümid edilir ki, birinci il reyestrdə fövqəladə yardım göstərilməsi üzrə 150 komanda yer alacaq. Yaxın bir neçə ildə reyestrə 400 belə komandanın da salınacağı gözlənilir.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova