Valyuta.com

Akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edildi

Akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd edildi

Aprelin 28-də Milli Oftalmologiya Mərkəzində (MOM) görkəmli ziyalı, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirildi. Tədbirdə Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələri, qabaqcıl oftalmoloqlar iştirak edirdilər. Konfransı giriş sözü ilə MOM-un direktoru, Səhiyyə Nazirliyinin oftalmologiya üzrə baş mütəxəssisi Elmar Qasımov açdı. Bildirdi ki, Zərifə xanım Əliyeva həm dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq, həm də öz elmi, biliyi və bacarığı ilə xalqına ürəklə xidmət edən ziyalı qadın idi.
E.Qasımov həssas insan, qayğıkeş həkim Z.Əliyevanın zəngin həyat yolu keçdiyini diqqətə çatdırdı. Görkəmli alimin “Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdiyi dövrdə geniş yayılmış traxoma yoluxucu xəstəliyinin müalicə və profilaktikası sahəsində əzmkarlıqla çalışdığını və xəstəliyin kökünün kəsilməsinə böyük əmək sərf etdiyini vurğuladı: “Bu sahədə fəaliyyəti Zərifə xanımın ilk elmi araşdırmalarının əsas istiqamətini müəyyənləşdirib. Onun tədqiqatlarının nəticələri 1960-cı ildə müdafiə etdiyi «Traxomanın müalicəsində digər terapevtik üsullarla birlikdə sintomisinin tətbiqi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edib”.
Mərkəzin direktoru Z.Əliyevanın ilk olaraq Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəliyyətə başladığını, 1967-ci ildən etibarən isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri və nəhayət, ömrünün sonunadək oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışdığını dedi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini diqqətə çatdırdı: “O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı doktorluq dissertasiyasını 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - Moskvada H.Helmholts adına Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib”.
Elmar Qasımov Zərifə xanım Əliyevanın peşə fəaliyyəti, xüsusilə də kimya və elektron sənayelərində fəaliyyətlə bağlı göz xəstəliklərini dünya üzrə ilk tədqiq edən alimlərdən olduğunu bildirdi. Dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdığını, praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyduğunu vurğuladı.
Natiq 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradıldığını, həmin laboratoriyada çox qiymətli tədqiqatlar aparıldığını dedi. Bunlarla yanaşı, görkəmli alimin nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olduğunu söylədi.
Z.Ə.Əliyevanın səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etdiyini deyən E.Qasımov onun rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini bildirdi.
Diqqətə çatdırdı ki, Zərifə xanım Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb: “Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Onun 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır”.
Elmar Qasımov bir sıra orden və medallara, Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülən görkəmli oftalmoloq Z.Əliyevanın “Kəskin virus konyunktivitləri”, “Qlaukoma və gözün hipertenziyası”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “İridodiaqnostikanın əsasları”, “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri” və digər monoqrafiyalarının elmi-ictimaiyyət və həkimlər tərəfindən bu gün də böyük rəğbətlə qarşılandığını dedi.
O, Zərifə xanım Əliyevanın yolunu davam etdirən Milli Oftalmologiya Mərkəzinin, onun Masallı filialının və səyyar klinikasının fəaliyyəti barədə də məlumat verdi.
Milli Oftalmologiya Mərkəzinin direktor müavini Hicran Namazova da Zərifə Əliyevanın həyatı, elmi və ictimai fəaliyyəti barədə danışdı.
Konfrans iştirakçılarına Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş qısa film nümayiş etdirildi.
Sonra konfrans öz işini elmi hissədə mövzuya dair məruzələrlə davam etdirdi.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova