Valyuta.com

ÜST dünya ölkələrini demensiya xəstələrinə yardım etməyə çağırır

ÜST dünya ölkələrini demensiya xəstələrinə yardım etməyə çağırır

Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) demensiya ilə mübarizəyə həsr edilən birinci konfransı keçirilib. Cəmiyyətin demensiya barədə məlumatlılığını artırmaq, bütün ölkələri milli və dünya səviyyəsində bu xəstəliyə qarşı mübarizəyə çağırmaq məqsədi daşıyan tədbirdə ÜST-nin Baş Direktoru Marqaret Çan deyib: “Əgər bəşəriyyət demensiyanı qlobal siyasi gündəliyə salmaq barədə kollektiv öhdəlik götürsə, bu xəstəliyin sosial-iqtisadi yükünü azaltmaq olar. Biz təkcə bu sindromun müalicəsinin axtarışına yönəlmiş elmi tədqiqatlara deyil, demensiya xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və onlara qulluq edənlərə dəstək üzrə tədbirlərə də sərmayələrin həcmini artırmalıyıq”.
İkigünlük konfransın birinci günündə bu sahədə tədqiqatlar, tibbi yardım, dərman vasitələrinin tənzimlənməsi və insan hüquqları məsələləri müzakirə edilib. Tədbirin ikinci günü nümayəndələr demensiya sahəsində qlobal vəzifələrin müəyyənləşdirilməsi və onları həyata keçirmək üçün birgə iş mexanizmlərinin hazırlanması yollarını arayıblar. Bütün bu məsələlər qəbul olunan Qlobal fəaliyyət planında öz əksini tapıb.
Toplantıda Azərbaycanı Səhiyyə Nazirliyinin nümayəndəsi təmsil edib.
Qeyd edək ki, yaddaşın, təfəkkürün, davranış və qabiliyyətlərin degenerasiyasının baş verdiyi demensiya sindromundan hazırda dünya üzrə 47,5 milyon adam əziyyət çəkir. Hər il 7,7 milyon adam bu xəstəliyə tutulur. Ekspertlər ehtiyat edirlər ki, kəmağıl adamların sayı 2050-ci ilə qədər üçqat artacaq.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova