Valyuta.com

Avropa İttifaqı və ÜST-nin müsabiqəsinin qalibləri mükafatlandırılıb

Avropa İttifaqı və ÜST-nin müsabiqəsinin qalibləri mükafatlandırılıb

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kolleclərinin tələbələri arasında keçirilən əl gigiyenası müsabiqəsi başa çatıb.
Müsabiqə qaliblərinin mükafatlandırılma mərasimində ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Səhiyyə sistemlərinin gücləndirilməsi üzrə texniki mütəxəssisi, professor Halil İbrahim Durak, layihə rəhbəri, mütəxəssis Tural Qulu, həmçinin təlimçi və müsabiqə iştirakçıları iştirak ediblər.
ÜST-nin nümayəndəsi Hande Harmancı ölkədə ilk dəfə təşkil edilən belə innovativ müsabiqənin məqsədinin təhsil alanların əlyuma və steril əlcəkgeyinmə üzrə bilik və bacarıqlarını artırmaq olduğunu bildirib. Qeyd edib ki, iştirakçılar müsabiqə çərçivəsində həmçinin əlyuma və steril əlcəkgeyinmə üzrə təlim keçiblər: "Bakı şəhəri və bölgələrdəki 19 tibb fakültəsində və kollecində təhsil alan 1418 tələbə müsabiqə çərçivəsində keçirilən təlimdə iştirak edərək, post-testdən keçib və onlardan 212 nəfəri müsabiqəyə videosunu təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim olunan videolardan 21-ni qiymətləndirərək onları qalib elan edib. Layihə ölkənin sağlamlığa təhdidlərin qarşısının alınması, aşkarlanması və onlarla mübarizə qabiliyyətini artırmaq səylərinə dəstək göstərməyə davam edəcək".
Məlumata əsasən, qaliblərə sertifikatlar təqdim edilib, notbuklar, planşetlər və müxtəlif tibbi cihazlar da daxil olmaqla hədiyyələr verilib. Müsabiqənin nəticələri 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyanın qarşısının alınması və nəzarət konfransında təqdim edilib.
Əl gigiyenası infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin vacib elementidir. Düzgün əl gigiyenası COVID-19 da daxil olmaqla infeksiyaların yayılmasının qarşısını almağa kömək edir, ona görə də bu, pandemiya zamanı xüsusilə vacibdir. Müsabiqə və təlim tələbələrin əlləri düzgün yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı biliklərini artırmasına, ÜST texnikasından istifadə edərək əlyuma mərhələlərini öyrənməsinə kömək edib.
Xatırladaq ki, daha əvvəl Aİ-ÜST layihəsi çərçivəsində səhiyyə işçiləri üçün əl gigiyenası mövzusunda bir sıra vebinarlar təşkil olunub, münaqişənin təsirinə məruz qalmış regionlarda əl gigiyenası ilə bağlı posterlər paylanıb və xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda qiymətləndirmələr aparılıb.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova