Valyuta.com

Milli Hematologiya və Transfuziologiya Mərkəzində limfomanın müasir standartlara uyğun diaqnostikası və müalicəsi aparılır

Milli Hematologiya və Transfuziologiya Mərkəzində limfomanın müasir standartlara uyğun diaqnostikası və müalicəsi aparılır

Limfoma limfatik və immun sistemin bədxassəli şiş xəstəliyidir. Limfa düyünləri, dalaq və sümük iliyi ilə bərabər bir çox orqan və sistemləri zədələyən limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir, lakin buna baxmayaraq, müasir təcrübə onu sağaltmağın 80 faiz hallarda mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan asılıdır.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov 15 Sentyabr – Ümumdünya Limfoma ilə Mübarizə Günü münasibətilə ölkədə limfoma ilə mübarizə sahəsində görülən işlərdən danışıb.
O bildirib ki, Azərbaycanda limfoma xəstəliyi həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb: “Qanda, dalaqda və sümük iliyində limfa düyünlərinin böyüməsi xəstəliyin başlıca əlamətidir. Milli Hematologiya və Transfuziologiya Mərkəzində həmin xəstəliyin diaqnostikası ən müasir səviyyədə aparılır. Xəstəliyin diaqnostikası və müalicəsi müasir standartlara uyğunlaşdırılıb. Analizlər ən son texnologiya və metodlardan istifadə edilərək yerinə yetirilir. Texnoloji olaraq limfomaların patoloji və sitoloji müayinəsi çox vacibdir. Yalnız patoloji müayinə nəticəsində limfomanın növünü müəyyən etmək mümkündür. Bu gün mərkəzdə qurulan genetik və patositoloji laboratoriyalar xəstəliyin diaqnozunun ən müasir səviyyədə qoyulmasına imkan verir və müasir protokollarla düzgün müalicənin aparılmasına şərait yaradır”.
V.Hüseynov həmçinin qeyd edib ki, hazırda yeni növ koronavirus (COVID-19) pandemiyasına görə xəstəxanaya müraciət edənlərin sayında kəskin azalma müşahidə edilir: “Limfoma xəstələrinin müalicəsini daha çox ambulator şəkildə aparmağa çalışırıq. Yəni xəstələrin yatış müddətini azaltmağı hədəfləmişik. Hesab edirəm ki, bu, həm xəstələri, həm də tibbi personalı koronavirusa yoluxmaqdan qoruyacaq”.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova