Valyuta.com

Səhiyyə sistemində baş mütəxəssis təsisatının fəaliyyəti təkmilləşdirilir

Səhiyyə sistemində baş mütəxəssis təsisatının fəaliyyəti təkmilləşdirilir

Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək. Onlar səhiyyə sistemində təbabət sahələri üzrə baş mütəxəssisləri əvəz edəcəklər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək mövcud olan baş mütəxəssis təsisatının mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.
Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq, tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək, səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.
Qeyd edək ki, mütəxəssis-ekspertlər elmi dərəcəsi olan ixtisaslı həkimlər arasından seçilir və səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin olunurlar.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova