Valyuta.com

Əks-göstəriş sertifikatının müddəti hamiləlik dövrünə əsasən müəyyən ediləcək

Əks-göstəriş sertifikatının müddəti hamiləlik dövrünə əsasən müəyyən ediləcək

Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova yeni növ koronavirus (COVID-19) infeksiyası şəraitində hamilə qadınların sağlamlığının mühafizəsi məsələlərindən danışıb.

- Hamilə qadınlar koronavirusdan necə qorunmalıdırlar?
- Koronavirus hava-damcı yolu ilə ötürülür. Hamilə qadınların koronavirusdan qorunma üsullarının əsasını ənənəvi gigiyena qaydaları təşkil edir. Xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir. Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlərdən istifadə edilməlidir. Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Hamilə qadın xüsusi ehtiyac olmadıqca evdən çıxmamalı, evə heç bir qonaq qəbul etməməlidir. Evdən çıxarkən tibbi maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digərlərinə 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlaşmaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmaya diqqət yetirilməlidir.

- Süd verən analar nələrə fikir verməlidirlər?
- Koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib. Bu səbəbdən anaların körpələrini əmizdirməkdən qorxmasına ehtiyac yoxdur. Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulmalı, maska və əlcək taxılmalıdır. Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq bu vəziyyət anaya uyğun gəlmirsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər.

- COVID-19 körpənin təbii doğuşla, yaxud əməliyyat yolu ilə dünyaya gəlməsi seçiminə təsir edirmi?
- Təbii yolla doğuş və ya keysəriyyə əməliyyatı qərarı hamiləliyin hazırkı gedişatına, ana və körpənin sağlamlıq vəziyyətinə görə verilir. Ana və körpənin ümumi sağlamlığı yaxşı olarsa, normal doğuşa üstünlük verilə bilər. Sosial təcrid qaydalarının tətbiqinə davam edilməsi və doğuşdan sonra evə heç bir ziyarətçinin buraxılmaması ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir.

- COVID-19 infeksiyası vaxtından əvvəl doğuş riski yaradırmı?
- Ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var. Ancaq erkən doğuşa nəyin səbəb olmasını dəqiq bilmək çətindir. Hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır. Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğuşla əlaqəli ola bilər.

- COVID-19 şübhəsi olan hamilə qadınlar nə etməlidirlər?
- Hərarət, öskürək, baş ağrısı, əzələ ağrısı və s. kimi simptomları olan hamilə qadınlara testdən keçmələri tövsiyə olunur. Hamiləlik dövründə bədəndə və immunitet sistemindəki dəyişikliklər səbəbi ilə hamilə qadınların tənəffüs yolu infeksiyalarından daha çox təsirlənə biləcəyi məlumdur. Onlarda şəkərli diabet, yüksək təzyiq, artıq çəki kimi şərtlər COVID-19 xəstəliyinin daha ağır olmasına səbəb olur. Eyni ağırlıqlı xəstəlik zamanı hamilə olmayan qadınlara nisbətən hamilə qadınların reanimasiyaya ehtiyacı daha çoxdur. Bu səbəbdən hamilə qadınlar COVID-19 baxımından orta risk qrupundadırlar. Simptomları olan hamilə qadınlara testdən keçmələri və nəticəyə uyğun olaraq müvafiq izolyasiya tətbiq etmələri tövsiyə olunur.
Hamiləlik dövründə COVID-19 keçirmiş qadınlarda düşük və ölü doğum kimi ağırlaşmaların daha çox rast gəlindiyini göstərən heç bir məlumat yoxdur. Bəzi tədqiqatlarda COVID-19 olan hamilə qadınlarda erkən doğuş riskinin artdığı göstərilib. Vaxtından əvvəl doğuş zamanı müxtəlif fəsadların görünə bilmə təhlükəsi olduğu üçün bu körpələrin yenidoğulmuşların reanimasiyası şöbəsində qalması lazım ola bilər.
Hamilə qadınlar koronavirusa görə ginekoloqla görüşlərini təxirə salmamalıdırlar. Ana və körpə sağlamlığı üçün çox əhəmiyyətli olan doğum öncəsi müayinələrin planlaşdırıldığı kimi davam etdirilməsi faydalı olacaq. Hamiləlik dövründə şəkərli diabet və ya yüksək təzyiq kimi xəstəliklərin bu nəzarət görüşləri zamanı diaqnozu qoyula və müalicə edilə bilər. Beləliklə, hamilə qadının mümkün COVID-19 xəstəliyində ciddi fəsadlar riski azalır.

- Ana olmağa hazırlaşan qadınlar vaksinasiya ilə bağlı müvəqqəti əks-göstəriş sertifikatını almaq üçün haraya müraciət etməlidirlər?
- Bunun üçün onların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir. Hamilə qadın doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəssisəsində qeydiyyatdadırsa, onun müvafiq sənədləri ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin poliklinikanın protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya göndərilməlidir. Bunun üçün lazım olan sənədlər hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsidir.
Hamiləliklə bağlı müvəqqəti əks-göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova