Valyuta.com

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq

Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq

Azərbaycanda son illərdə müəyyən əhali qruplarına təqdim olunan elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.
Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilən məlumata görə, nazirliyə e-sağlamlıq kartlarının alınıb paylanması ilə bağlı vəsait ayrılması prosesi dayandırılıb.
Mərkəzdən qeyd olunub ki, 15 yaşı tamam olmamış vətəndaşların sağlamlıq haqqında məlumatları onların fərdi identifikasiya kartlarına inteqrasiya olunacaq.
Şəkərli diabet xəstələri və tibbi müayinədən keçirilən obliqat qruplar barədə isə bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər haqqında zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapır.
Qeyd edək ki, bu günədək Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1 503 779 e-sağlamlıq kartı verilib. Həmçinin təxminən 114 min diabet xəstəsinə, 4 mindən çox isə tibbi müayinədən keçirilən obliqat qruplara aid vətəndaşlara elektron sağlamlıq kartları təqdim edilib.шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova