Valyuta.com

Şəfalı əllər möcüzələr yaradır

Şəfalı əllər möcüzələr yaradır
Azərbaycan həkimləri yeniyetməyə eyni vaxtda həm açıq ürək əməliyyatı, həm də böyrək transplantasiyası ediblər

“Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verən, dəfələrlə ilklərə imza atan Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq vətəndaşlarımızın öz xəstəliklərinin çarəsini digər ölkələrin klinikalarında axtarmasına ehtiyac yoxdur. İndi öz Vətənimizdə - Bakıda, bizim xəstəxanada da keyfiyyətli tibbi yardım almaq, çox mürəkkəb əməliyyatlar sayəsində xəstəlikdən və ölümdən xilas olmaq mümkündür”.
Şəfalı əllər möcüzələr yaradır
Bu fikirləri MNX-nın direktoru Leyla Seyidbəyova rəhbərlik etdiyi xəstəxanada həyata keçirilmiş unikal cərrahiyyə əməliyyatı haqqında bizə məlumat verərkən söylədi: “Əməliyyatın unikallığı ürəkdə və böyrəkdə iki mürəkkəb əməliyyatın eyni vaxtda icra edilməsi ilə bağlı idi. Belə ki, 2000-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 15 yaşlı xəstə oğlan 4 il ərzində hemodializ proqramı ilə qalıcı hemodializ kateteri vasitəsilə dializ seansları qəbul etmişdi. Onun vəziyyəti böyrək transplantasiyası əməliyyatını zəruri edirdi. Lakin qalıcı kateterlə illər sürən müalicə öz sözünü demişdi – yeniyetmənin xəstəliyi fəsadlaşmış, ürək boşluğunda travma ilə bağlı tromb əmələ gəlmişdi və bu da onun həyatına təhlükə törədirdi. Əməliyyat zamanı qalıcı kateter çıxarıldıqda xəstədə ağciyər arteriyasının tromboemboliyası və nəticədə ölüm baş verə bilərdi.
Belə bir vəziyyətdə xəstəxananın müxtəlif ixtisas həkimlərinin konsiliumu keçirildi və qərara alındı ki, ürəkdən trombun çıxarılması və böyrək köçürülməsi əməliyyatlarını eyni vaxtda icra etmək lazımdır. Beləliklə, əvvəlcə MNX-nın Ürək-damar xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Seymur Musayevin rəhbərliyi altında açıq ürək əməliyyatı ilə tromb xaric edildi. İkinci mərhələdə isə əməliyyat stolu arxasında onu xəstəxananın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazimi əvəz etdi. Pasiyentin donoru olan anasından bir böyrək götürüldü və uğurla xəstəyə köçürüldü”.
MNX-nın direktoru onu da bildirdi ki, hazırda xəstənin durumu stabildir və o, əməliyyatın ağırlığına müvafiq olan kafi vəziyyətdə evə göndərilib. Müsahibimiz donorun da özünü yaxşı hiss etdiyini söylədi.
Sonda Leyla Seyidbəyova belə mürəkkəb, ürəkdə və böyrəkdə eyni vaxtda icra edilən əməliyyatın Mərkəzi Neftçilər Xəstəxanasında artıq ikinci dəfədir həyata keçirildiyini, birinci əməliyyatın da uğurla nəticələndiyini xatırlatdı.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova