Valyuta.com

“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi

“Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresi baş tutub. İkigünlük tədbir dünyada mövcud olan yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda keçirilib.
AÜDCC-nin sədri, professor Kamran Musayev bildirib ki, ölkəmizdə ürək-damar cərrahiyyəsinin, kardiologiyanın bu gün gəldiyi beynəlxalq standartlar məhz ulu öndər Heydər Əliyevin siyasətinin nəticəsidir: “İki gün müddətində konqresdə dünyanın müxtəlif ölkələrindən olan çıxışçılar tərəfindən kardiologiya və kardiocərrahiyyə sahəsindəki ən son yeniliklər paylaşılacaq. İnanıram ki, bizi onlayn şəraitdə izləyən 500-dən çox izləyici üçün çox faydalı konqres olacaq. Hər "Bakı Ürək Günləri"ndə tədbirin elmi və praktik səviyyəsini yüksəltmək üçün müəyyən yeniliklər və dəyişikliklər etməyə çalışırıq. Bu dəfə Dünya Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində anadangəlmə ürək qüsurları konqresdə ayrıca bir sessiyada müzakirə olunacaq. Hesab edirəm ki, tək böyüklərin ürək-damar xəstəliklərini deyil, uşaqlarda anadangəlmə ürək qüsurlarının da diaqnostikası və müalicəsindəki aktual problemləri dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etmək imkanı faydalı olacaq".
Qeyd edək ki, konqres Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək məqsədilə təşkil olunub. İyirmiyə yaxın ölkədən kardioloq və kardiocərrahların mühazirəçi kimi qatıldığı “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər, o cümlədən COVID-19 pandemiyasının ürək xəstəliklərinə təsiri və dünyanın aparıcı ölkələrində müalicəsinin təşkili də müzakirələr sırasında yer alıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası “Bakı Ürək Günləri” VII Beynəlxalq Konqresini Davamlı Tibbi Təhsil tədbiri kimi tanıyıb və ona 16 kredit balı verib. Bu isə o deməkdir ki, onlayn toplantıya izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplayıblar.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova