Valyuta.com

Çexiya səhiyyə nazirinin müavini Tədris Cərrahiyyə Klinikası ilə tanış olub

Çexiya səhiyyə nazirinin müavini Tədris Cərrahiyyə Klinikası ilə tanış olub

Çex Respublikası səhiyyə nazirinin müavini Radek Polikarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. Qonaqlar universitetin Tədris Cərrahiyyə Klinikası ilə də tanış olublar.
Nümayəndə heyətinin səfərindən məmnun olduqlarını deyən klinikanın direktoru, professor Surxay Hadıyev əvvəlcə tibbi personalın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, sovetlər dönəmində kafedralar müxtəlif xəstəxanalarda yerləşirdi: "Müstəqillik dövründə isə yeni xəstəxanalar yaradıldı. Universitetimizdə də ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qayğısı nəticəsində həm tədris, həm də müalicə işi aparan klinikaların bünövrəsi qoyuldu və bu iş ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Qonağı olduğunuz bu klinika da ölkə başçısının Sərəncamı ilə inşa olunan 4 universitet klinikasından biridir. Cərrahi klinikanın yaradılmasında əsas məqsəd ilk növbədə cərrahiyyə yönümlü bütün kafedraları bir yerə toplamaq, bununla da tədrisin keyfiyyətini artırmaqdan ibarət idisə, digər məqsəd universitetin və respublikanın ən yaxşı həkim, müəllim-professor heyətini özündə birləşdirən müasir müalicə müəssisəsində əhaliyə keyfiyyətli tibbi yardım göstərmək idi".
Çexiya nümayəndə heyətinin rəhbəri, səhiyyə nazirinin müavini Radek Polikar xüsusi qonaqpərvərliklə qarşılandıqlarına görə klinikanın rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, həm də tədris mərkəzi kimi fəaliyyət göstərən, Azərbaycanda ilk sıralarda dayanan bir klinikada olmaqdan şərəf duyurlar. O, nümayəndə heyətinin tərkibinə səhiyyə sektorunda çalışan şəxslərlə yanaşı, Çexiyada fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarının da daxil edildiyini diqqətə çatdırıb.
Sonra ayrı-ayrı şirkətlərin nümayəndələri çıxış ediblər. Tibbi avadanlıqlar istehsalının Çexiyada ən öndə gedən sahələrdən biri olduğu vurğulanıb. İki günlük biznes-forum çərçivəsində tibbi məhsullarını təqdim etməyə şərait yaratdığı üçün Çexiyanın Azərbaycandakı səfirliyinə minnətdarlıqlarını ifadə edən şirkət nümayəndələri reabilitasiya dövrünü keçirən qaraciyər və şəkərli diabet xəstələrinə lazım olan aparatların istehsalı və satışı ilə bağlı görülən işlərdən danışıblar. Çıxışlar zamanı o da məlum olub ki, nümayəndə heyətində təmsil olunan şirkətlərin bəziləri 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.
Çexiyada dərman istehsalı ilə məşğul olan şirkətin nümayəndəsi ölkələrindəki apteklərin 96 faizində dərman satışı həyata keçirdiklərini, xəstəxanaları nəinki sistemdə mövcud olan dərmanlarla, hətta ərzaq, qida əlavələri ilə təmin etdiklərini də deyib.
Görüş zamanı pasiyentlə tibb bacısı arasında konfiqurasiyanın təşkilindən, müasir tələblərə cavab verən tibbi yataqların satışından, təklif edilən bütün tibbi avadanlıqların təchizatı, servisi və sığortası məsələlərindən də söhbət açılıb.
Sonra nümayəndə heyəti klinikanın şöbələri, laboratoriyaları ilə əyani tanış olub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, səfirliyin missiya rəhbərinin müavini Daniel Putik, Çexiya ticarət qurumunun Bakı ofisinin rəhbəri Pavel Zelenka, Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova, klinikanın elm və təhsil üzrə direktor müavini, professor Davud Pənahov, Kliniki və biokimyəvi laboratoriyanın müdiri Yavər Hacısoy, Tədris treninq mərkəzinin müdiri Elmar Şərifov iştirak ediblər.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova