Valyuta.com

“Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir”

“Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir”

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri səlahiyyətlərini icra edən Teymur Musayev Türkiyənin Qazi Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də iştirak edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb: “Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir. Bu mənada, ATU və Qazi Universitetinin əməkdaşlığı, o cümlədən elmi və təcrübi biliklər mübadiləsi aparılması tibb işçilərimizin vətəndaşların sağlamlığının keşiyində daha peşəkarlıqla dayana bilməsi baxımından çox önəmlidir. Mən Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda, COVID-19 pandemiyası ilə mübarizə sahəsində də yaxından əməkdaşlıq edirik. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu qlobal təhlükədən daha az itkilərlə çıxmağı bacarıb”.
Professor Gəray Gəraybəyli rəhbəri olduğu ATU ilə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb: “Bizim Qazi Universiteti ilə işlək əməkdaşlıq müqavilələrimiz var. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, biz iki universitet arasındakı memorandumu yenilədik. Tələbələrimiz Qazi Universitetində keçirilən tibb bacısı, stomatologiya və tibb ixtisasları üzrə dərslərə onlayn olaraq qatıldılar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”.
Qazi Universitetinin rektoru, professor Musa Yıldız 95 yaşlı ali məktəbin 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduğunu diqqətə çatdırıb: “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”.
Görüşün sonunda universitetlər arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, gələcəkdə elmi və təcrübi biliklər mübadiləsinin artırılması qərara alınıb.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova